12 Mayıs 2013 Pazar

Suzanne Collins "Ateşi Yakalamak"


  Bundan öncəki blogumda Suzanne Collins'in "Açlık Oyunları" serisinin  ikinci kitabı olan "Ateşi Yakalamak""  kitabını tezliklə oxuyacağımı demişdim. Kitab çox səhifəli olmasına baxmayaraq, digərinin davamı olduğundan oxunması daha asan oldu. Yalnız digərindəki yarışma həyəcanı bu kitabda yox idi. Çünki qaydalar tamamilə dəyişdi. Iştirakçılar, bir-birləriylə yarışmaqdan çox, əməkdaşlıq və yardım etməyə başqa bir deyişlə öldürməyi deyil, yaşatmağı özlərinə məqsəd qoymuşdular. Ölənlərin çoxu sistemin yaratdığı təbii görünüşlü amma təbii olmayan fəlakətlərlə öldürüldü. Hər nə qədər bizə fantastik bir kitab kimi görünsə də getdikcə pərdə arxasından daha çox real hadisələrin irəlilədiyini düşünürəm. 


Əslində bizdə xərrac deyilik mi? Hamımız bəzilərinin əsarəti altında yaşayırıq və onlar bir döyüş qərarı çıxardığında onlar üçün döyüşürük .. Bəs qazanan? kitabda olduğu kimi ətrafda bir qazanan var amma əslində yoxdur! Eynilə Hayltmich kimi, Peeta kimi, Katniss kimi ... həyatları zəhərli ox  olur və rəhbərliyin əllərində oyuncaq olaraq istifadə edilirlər ...


Nəysə, ikinci kitabda izahat daha parlaqdır ...  bəzən yazarın detallara  çox girməsinə baxmayaraq oxumaqdan heç bezməyəcəksiniz. Hər hissənin sonunda "bu qədər də olmaz" dedirdəcək sonlarla qarşılaşacaqsınız. 

2 yorum:

  1. maraqli kitaba oxwadi. Alacam ilk olaraq acliq oyunlarini :)

    YanıtlaSil
  2. Alın, alın : ) Ancaq əgər fantastika sevmirsinizsə bu kitabdan uzaq durun.

    YanıtlaSil