17 Temmuz 2013 Çarşamba

John Boyne "Çizgili Pijamalı Çocuk"


  John Boyne 1971-ci ildə İrlandiyada anadan olub. Ədəbiyyata olan həvəsi hekayələrlə  başlayıb. İki dəfə İrlandiya Kitab Mükafatını qazanan, New York Timesin bestseller siyahısında zirvəyə çıxan,




dünyada 5 milyondan çox satan və 2008-ci ildə filmə çəkilən "Çizgili Pijamalı Çocuk" (2006) romanı   ilə birlikdə səkkiz romanı var. Romanları 42 dilə çevrilən John Boyne, hal-hazırda Dublində yaşayır və 9-cu romanı üzərində işləyir.

İndi isə keçək kitabın mövzusuna. Roman doqquz yaşında olan Bruno'dan bəhs edir. Bruno'nun atası bir zabitdir. Atasının Hitler tərəfindən  vəzifəyə göndərilməsi, Brunonu çox sevdiyi evindən və yoldaşlarından ayırır.  Auschwitzə köçmək məcburiyyətində qalırlar. 



Auschwitzdə Bruno çox tənhalıq çəkir, ətrafında olan bitənə heç bir ad qoya bilmir. Pəncərəsindən evdən biraz uzaqda yerləşən Yəhudi kampını görür və orada yüzlərlə uşağın xoşbəxt bir həyat sürdüyünü düşünür. Və nəhayət bir gün düşərgə sakinlərindən özüylə yaşıd biriylə tanış olub dost olur. Elə əsl macəra da bundan sonra başlayır.

Kitabı oxuyanların məsləhəti ilə almışdım. Necə deyərlər "beklentilerim büyüktü" amma kitabda çatışmayan çox şeylər var idi. Mənə heç təsir etmədi. Yəni bir o qədər də sevmədim.

6 Temmuz 2013 Cumartesi

Emrah Serbes "Hikayem Paramparça"

  Emrah Serbes,, Türk yazarıdır. "Her Temas İz Bırakır" adlı ilk romanı "İletişim" nəşrlərindən çıxıb. "Son Hafriyat" adlı ikinci romanı isə 2008-ci ilin Fevral ayında nəşr olunub.Yazarın ən məhşur  kitabı "Erken Kaybedenler" də  2009-cu il, İyun ayında kitabsevərlərin kitabxanasında yer alıb. Hal-hazırda Afilli filintalar blogunda,  könlü nə zaman istəsə o zaman yazmağa davam etməkdədir. 


Bir müddət daha fərqli tərzlərdə yazılarını davam etdirəcəyini bildirən yazar, detektiv yazmağa davam edəcəyini də bildirib. 

Yazarın "Hikayem Paramparça" kitabını mənə bir dostum məsləhət bilmişdi. Burdan ona təşəkkürlərimi bildirirəm.. Bu möhtəşəm kitabı mənə tanıtdığına görə.  Kitabı dünən axşam bitirdim, dəhşətli dərəcədə axıcı kitabdır 174 Səhifəni bir nəfəsə oxudum. Kitabda parça-parça.. paramparça hekayələr var. "Afili Parçalar" və "Qalib İşhanı hekayəsi"-də bunlardan biridir.


 Hekayələri parça-parça oxuyub paramparça olur insan. Hisslərini çox gözəl ifadə edir yazar...  Arada yerləşdirilən şəkillər də çox xoşuma gəldi. Ümit Bektaşın əllərinə sağlıq))  Afili parçalardan daha çox Qalib İşhanı hekayəsi daha çox təsir etdi mənə. Kitabda sanki özümü tapdım... sanki sırf mənə yazılmış bir kitab idi.  Kitab bitdi, məndə qalan təsiri hələ bitmədi. Sizin də  sevə-sevə oxuyacağınız bir kitab olacağına inanıram! Kitab o qədər gözəl sözlərlə doludur ki, bütün kitabın altından xətt çəkmək istəyəcəksiniz.
Şiddətlə tövsiyə edirəm! :)  

Kitabdan seçdiklərim;

~ Gerçek yaşama sevincini görmek istiyorsanızn mezarlıklara gidin, orada gezinen, ziyarete gelmiş insanların yüzlerine bakın~

~ Ölenlerin ölü taklidi yaptığını düşünüyordum ben o zaman. Yaşayanların yaşıyor taklidi yaptığını hissediyorum şimdi~

~ Arada birbirimizi kaybettiğimiz iyi oldu. Bir şeyin kıymetini bilmenin en klasik yolu onu kaybetmektir.~

~ Suçun cezasından kaçabilirsin, ama vizdanın azabından kaçamazsın~


~ Hayatımızı değiştirecek insanlar sessiz sedasız geçtiler yanımızdan~

~ "İntihar fikri olmasaydı canıma kıyardım" diyen Corian gibi. insan tepesi attığı zaman canına kıyma ihtimali olduğunu bilmeli, bunu bilince yaşamaya devam etmek kolaylaşır~

~ "Felaketlerden zevk alan bir mizacın mı var?" diye sormuştum bir seferinde. "Gerçeklere tahammül edebilecek gücüm var" demişti~

~ Hiçkimse yalnızken tam anlamıyla sarhoş olamaz, şahit gerekir sarhoşluk için~

~ İnsan en az üç kişidir. Kendisi, olmak istediği kişi ve aradaki farkta yaşayan üçüncü. En sahicisi de bu üçüncüdür. Olmak istediğin kişiden kendini çıkardığında, aradaki farkta yaşayan kişidir en çok sana benzeyen~

~  İnsanın ne anlatacağını bilemediğinde şair olduğunu anlarsın...~

~ Gözyaşların kurumadan gülmeye başlarsın o zaman. Çünkü bilirsin ki, seni artık kimse kandıramaz kolay kolay. Mutsuz insanları kandımak zordur çünkü. Hayata her zaman kuşkulu gözlerle bakan, mutsuz insanları kandırmak, herkes bilir bunu, çok ayıptır çünkü...~

~ Bir şeyi yanlış anladığımızda, sakladığımız arzuların da ipucunu veririz. Bir şeyi yanlış anlamaktan ölesiye korkmamızın nedeni bu!~

~ Mutluluk bir vazgeçişdir ve çok ender rastlanan bir ruh dinginliğidir~

~ Bir yalanı söylemek kolaydır, sürdürmek meharet ister~

~ İlk başta tam olarak hissedemediğimiz kırılma anları var. Zamanla harap edici duygulara dönüşüyorlar. Yaralanmanın sıcaklığıyla ilk anda hissedilmeyen kurşunlar gibi. Böyle durumlarda "biraz zaman" her şeyi daha da beter ediyor. Bizi yere seren büyük sorunlar olmuyor hiçbir zaman. Bizi yere seren, evdeki şekerin bitmesi oluyor, kaybolmuş bir kitap oluyor, kesilen elektrik oluyor~

~ "Evet" diyemedim. böyle durumlarda dürüstlük insanı en çok yaralayan şeydir. Bir soru sorduğumuzda dürüst bir cevap beklemeyiz. Bizi hayal kırıklığına uğratmayacak cevaplar bekleriz. "Hayır" da diyemedim, "Boş ver" dedim~

~ Her zaman böyle olur. Mutlu olmak için bir sürü faktörün bir araya gelmesi gerekir. Mutsuzluk için tek neden yeter~

- O da seni seviyor mu?
- Hayır ne münasebet!

4 Temmuz 2013 Perşembe

Robin Sharma "Ferrarisini Satan Bilge"

  Deməli uzuuunn bir fasilədən sonra yenə kitablarıma qovuşdum, yenə sizinləyəm. Demək olar ki, bu qədər uzun bir ayrılığım olmamışdı. Meğer kitapsız da hayat varmış))) Düzdür, bu fasilə ərzində kitab oxuya bilmirdim ancaq kitabxanama kitablar əlavə etməkdən imtina etmədim. 



Kitabxanama əlavə etdiyim bir-birindən dəyərli altı kitab:

Emrah Serbes- Hikayem Paramparça
Jack London-  White Fang 
Hakan Günday- Az
Dilek Akın- Yaz dedi tanrı
Sent-Ekzüperi - Balaca Şahzadə
John Boyne- Çizgili Pijamalı Çocuk

Nə az nə çox 4 gündür zaman tapdıqca oxuduğum "Ferrarisini Satan Bilge" kitabını da elə bugün bitirdim. 
İlk öncə Robin Sharma haqqında qısa məlumat verim, Sharma 1965-ci ildə Hindistanda dünyaya gəlib. Anası və atası Hindistan bölgəsinin yerlilərindən olub. Yazar Kanadanın şərq sahilində böyüyüb və Nova Scotia'nın paytaxtı Halifax'da olan Dalhousie Law məktəbində məzun olub. 





Liderlik, performans və şəxsi inkişaf mövzularında dünyadakı ən əhəmiyyətli mütəxəssislərdən biridir və əsərləri qırx dörd ölkədə nəşr olunmuşdur. Yazar, prezident, idarəçilik və təhsil xidmətləri verən "Sharma Beynəlxalq Liderlik" şirkətinin idarəçisidir. Qrupuyla birlikdə 10 ildir beynəlxalq olaraq böyük firmalara bu sahədə xidmət verməkdədir. Ayrıca oxucuları arasında məşhur sənətçilər,  idman və pop ulduzları var.

 Robin Sharma həqiqətən bəyəndiyim yazıçılardan biri oldu. Elə gözəl bir şəkildə izah edir ki hər şeyi, bir nağılın içində gerçəkləri öyrənmək kimi olur onun kitablarını oxumaq.
İsti yay günlərində məncə ediləcək ən gözəl şeylərdən biri ( təbii ki, zaman tapdıqca) çiçəkli bağçamızda oturub gözəl bir kitab oxumaqdır.



Kitabın mövzusu; çox məşhur və müvəffəqiyyətli bir vəkil olan Julian Mantle-in keçirtdiyi ağır bir ürək tutmasından sonra həyatının məqsədini və gerçək dincliyi tapmaq üçün Hindistana gedər, orda Sivana Ruhanilərini tapar və həyatın möhtəşəm sirlərini bir-bir öyrənər ... Məhz bu sirlər kitabda ayrıntılarıyla yazılıb.

Romanda oxucuya verilən ana düşüncə isə həyatımızda maddi dəyərləri ön planda tutaraq əslində bizim üçün əhəmiyyətli olan mənəvi dəyərləri, ailəmizi, sevdiklərimizi yaddan çıxartmamaq və bir gün geriyə dönüb baxdığımızda kaş ki deməmək üçün həyatımızı yaxşı təyin etməmiz lazım olduğudur.