27 Şubat 2014 Perşembe

Darien Gee - "Dostluk Ekmeği"

  Darien Gee bir çox məşhur əsərlərin müəllifidir. Onun kitabları 14 dilə tərcümə olunmuşdur. Wellesley kollecini bitirdikdən sonra Rice universitetində, siyasi elmlər fakultəsində oxumuşdur.

Onun ilk romanı “Dostluk Ekmeği” olub. O bu romanı qızı məktəbdən evə çörək xəmiri gətirdikdən sonra yazmağa qərar verib. 1 il romanın üzərində işləyib və nəhayət 2011-ci ildə kitab çap olunub.

Kitabı türklərin səhifəsində görmüşdüm. Çox tərifləyirdilər. Sağ olsun bir dostum Türkiyədən doğum günümə hədiyyə olaraq göndərdi və oxudum.

Hadisələr əsas 3 xarakter ətrafında dönür. Julia, Hannah, Madeline.

Hər şey Avalon sakini Julia Evartsın qızı Gracie ilə evə gələrkən qapının ağzına qoyulmuş çörəyi görməsi ilə başlayır. Çörəyin üzərində bir not olur “Ümid edirəm, bəyənərsiz” və təbii ki, necə bişirmək lazım olduğu da 
yazılır həmin notda.


Julia başına gələn bir fəlakət nəticəsində özünə qapanmış bir qadın olur. Bu müddət ərzində ailəsi, yoldaşı ilə əlaqələri korlanır. Qohumlarla, qonşularla bütün əlaqələri kəsilir və agressivləşir. Vəziyyət o həddə çatır ki, bütün tanışları ondan uzaqlaşır. Həyata marağı ölən, hər gözünü yumduqda o faciəni xatırlayan bir insan olaraq uçuruma sürüklənən anda hər şey bir qab xəmir və bir not vasitəsi ilə 180 dərəcə dəyişir...

Hannah de Brisay isə Avalona yeni köçmüşdür. Təklif yoldaşının, Philippe’nin təklifi olur. Evi dəyişdikdən sonra isə hər şeyin əslində onun xəyal etdiyi və zənn etdiyi kimi olmadığını və həyat yoldaşının ona böyük oyun oynadığını anlayır...

Madeline Davis, “Madeline Çay Salonu”nun sahibidir.  Avalona həyatında yeniliklər yaratmaq üçün gəlmiş və kafe açmaq qərarına gəlmişdir. Bu üç qadının həyatları da məhz bu kafedə birləşir.

Julia 10 gün ərzində xəmiri bişirir, qızı Gracie’nin xəmiri məktəbə aparması ilə bütün Avalona bir olur bu xəmir və bu yolda üç qadını macəralı günlər gözləyir...

Kitabın əvvəlləri çox axıcı gəlmişdi oxuyarkən gözümü ayıra bilmirdim. Lakin ortalarda artıq maraqsızlaşmışdı. Çünki yenilik yox idi. Sonlara yaxın yazıçı necə deyərlər “patlatıyo” və siz heyran qalırsız əsərə. 10 ballıq sistemlə 7 bal ilə qiymətləndirərdim kitabı.

P.S məhz bu çörəyin cürbəcür reseptləri var kitabda. Bir yoxlayım görüm mətbəxdə necəyəm :D  


22 Şubat 2014 Cumartesi

Elif Şafak - "İskender"

     Elif Şafak, 1971-ci ildə Strasburqda dünyaya gəlib. 1997-ci ildən bəri roman yazmaqdadır və geniş oxucu kütləsinə malikdir. 2009-cu ildə yayımlanan ilk “Aşk” adlı əsəri, Türkiyədə çox qısa bir müddətdə ən çox satan kitablar siyahısına daxil olmağı bacarmış və kitabları otuzdan çox dilə tərcümə olunmuşdur.



   Doğumundan qısa bir müddət sonra ailəsi ayrılmış və anası tərəfindən böyüdülmüşdür. Soyad olaraq da anasının, Şafak Ataymanın adını götürüb. Ankara Atatürk Anadolu məktəbini bitirdikdən sonra ODTÜ universitetində beynəlxalq əlaqələr fakultəsində oxuyub.

Yazar ilə tanışlığım elə məhz “İskender” kitabı ilə oldu. Sadəcə möhtəşəm əsərdir. Elif Şafak’ın hələlik bir əsərini oxuduğuma baxmayaraq yazıçı, elə bu romanla ən sevdiyim yazarlar və kitablar siyahısına daxil olmağı bacardı. Yazarın qələminə vuruldum. Əsər deyir yemə, içmə məni dəfələrlə oxu J)

Roman, Toprak ailəsinin başına gələn faciədən bəhs edir. Bir nəsildən danışılır.

Hər şey, Adəm adında, riskə getməkdən qorxan, hər təhlükədə öz qabığına çəkilən və tez təsir altına düşən iradəsiz bir adamın Cəmiləyə yəni həyatda kiçik şeylərə qane olaraq xoşbəxt olan, daim gülümsəyən və böyük məqsədləri olmayan bir kəndli qızına vurulmasından başlayır. Lakin taleyin acımasızlığı, həyatın suprizləri bu iki aşiqlərin qovuşmasına imkan vermir. Adəm məcburi Cəmilənin əkizi Pəmbə ilə evlənir və Londona köçür.

 Pəmbə isə Cəmilədən, əkizindən fərqli olaraq həmişə nə isə öyrənməyə can atan, dünyanı gəzməyi sevən və böyük arzuları olan birisi olur. Bu evlilik sayəsində Adəmlə Pəmbənin 3 övladı olur.Həyatda məğlub olmağı sevməyən, mübarizə aparan, sərt xarakterli İsgəndər, öz hüquqlarını bilən, hərfləri, kitabları sevən, gələcəkdə məşhur yazıçı olmaq istəyən Əsma. Və kapitalist rejiminə qarşı gələn gənclər arasında olan,  özündən böyük Tobiko adında bir qıza dəlicəsinə aşiq olmuş Yunus.



Vaxt keçir, Adəm evə gec-gec gəlməyə başlayır. Onun qumar sevdası və xəyanəti Pəmbəni işləmək məcburiyyətində qoyur və hər şey elə buradan başlayır...

Vəziyyət o hala gəlib çatır ki, övlad öz doğma anasını öldürür və həbsxanaya düşür...

Kitab sizi çoxlu suprizlərlə qarşı-qarşıya qoyacaq. Əsərdə adı çəkilən hər bir şəxsin faciədə sizin xəbəriniz belə olmadan rolu olur və siz bunları sonda öyrənirsiz. Roman sizə vaxtında sevdiklərinin yanında olmamağın, düşünmədən, hisslərlə qərar verməyin, təfərrüatı ilə bilmədən mühakimə etməyin, hisslərə qarşı çıxa bilməməyin hansı dəhşətlərə və fəlakətlərə gətirib çıxaracağını çox açıq şəkildə göstərəcək. 

Əgər qarşınızdakı insan sizə xəyanət edirsə və ya yalan danışırsa bilib-bilmədən mühakimə etməyin, hisslərinizlə qərar verməyin, ətrafdakıların dediklərinə əhəmiyyət verməyin. Qoyun sevdiyinizi qarşınıza və açıq aşkar söhbət edin. Məsələni ətraflı öyrənin. Reaksiya verməyə tələsməyin. Yoxsa sonra çox gec olar...


Kitabdan seçdiklərim;

~ Batıda insanların kafası karışmış. Mutluluğu özgürlükle, özgürlüğü ahlaksızlıkla karıştırıyorlar. Oysa biz, analarımıza, karılarımıza, kız kardeşlerimize saygı gösteririz. Barbie bebekler gibi giyinmeye zorlamayız onları~

~ Anorexia nervosa diye bir şey duydunuz mu? Kafayı kilolara takmak demek. Bu tür kadınlar durmadan diyet yapar. Her yediklerini zorla çıkarırlar. Avrupa ve Amerikada her yıl düzinlerce kadınlar bu yüzden hasta oluyor. Kalplerinin dayanacak hali kalmıyor yine de kendilerini şişman sanıyorlar. Bu arada Afrikada el kadar bebelerin açlıktan öldüyünü unutma. Kemirecek bir parça et bulamıyorlar. Batıdakı kadınlar şık restoranlarda yedikleri pastaları kusarken  Üçüncü Dünyada çocuklar açlıktan ölüyor~

~ Yüreğinin derinliklerinde kendini berbat hissetmesi gerektiğinin farkındaydı. Ama öyle değildi. Aslına bakılırsa hiçbir şey hissetmiyordu. Taşkın nehirde sürüklenen bir tahta parçası acı duyar mıydı? Ya da rüzgarın uçurup götürdüğü bir tüy endişe eder miydi? ~



~ Hazmedememişti İskender bu ihaneti. Sevip de kandırmayı. İnsanın canı kadar sevdiği birini oyuna getirebileceği aklının ucundan dahi geçmemişti. O güne dek bilmezdi, birine bütün kalbinle muhabbet besleyip yine de onu incitmek istemenin mümkün olabileceğini.. Sevginin ve aşkın halleri üzerine aldığı ilk hayat dersiydi bu...~

~ Dediklerine göre kahve aşk gibiydi, ne kadar sabır ve özen gösterirsen tadı o kadar güzel olurdu. Cemile pek bir şey bilmiyordu bu hususta. Yalnızca bir kez aşık olmuştu. Dili yanmış, yüreği dağlanmış, bir daha asla kalbini kimseye açmamıştı ~

~ Hırsızlıktı yaptıkları. Daha beterdi. İnsanların dileklerini çalmak, cüzdanlarını almaktan daha fenaydı...~


~ Bu işler böyledir. Çakallara bir şey olmaz. Yalnızca çakalcılık oynayanlar yakalanır. Bizim gibilerin daha iyi olduğunu iddia etmiyorum. Çakalcılık oynamak çakal olmaktan beterdir bazen ~

21 Şubat 2014 Cuma

Nikolas Sparks- "Sevgili Con"

Uzun, uzun çox-çox uzun bir fasilədən sonra qərara gəldim ki, qaldığım yerdən başlayım blog yazmağa. Çox gözəl haldır ki, bu aralar blogger-lərin sayı yaman çoxalıb. Bu bir tərəfdən məni sevindirir, bir tərəfdən isə kədərləndirir. Səbəbini demirəm :D

Nə isə keçək əsas məsələyə... Bu nəhəng fasilə ərəfəsində bir-birindən maraqlı kitablar oxudum və sizi hələlik Nikolas Sparksın “Sevgili Con” romanı ilə tanış edirəm. İlk öncə yazar haqqında kiçik məlumat verim.  

Bu şəxs, bir çox məşhur filmlərin ssenaristi və bestseller adını qazanmış əsərlərin müəllifidir. 1965-ci ildə Omaha, Nebraskada dünyaya gəlmişdir. Əksər romanlarında sevgidən, eşq acısından, həyatın çətinliklərindən və taledən yazır. Bu günə kimi 15 romanı yayımlanmışdır. Bunlardan 6-sının filmi çəkilmiş, 2-sinin isə hələ də çəkim işləri davam etməkdədir.


Katolik ailəsində böyüyüb və ailənin ortancıl uşağıdır. 1984-cü ildə Bella Vista məktəbinin məzunu olmuş, daha sonra isə Notr Dam universitetinə daxil olmuşdur.  Hal-hazırda isə ailəsi ilə birlikdə yaşamaqdadır.

Keçək əsərin mövzusuna,  əsər iki fərqli insan arasında olan acı eşqdən bəhs edir. Savanna, gözəl, səmimi bir universitet tələbəsidir. Con isə sərt, yaraşıqlı, ali təhsili olmayan, hərbidə xidmət edən bir oğlan. Universitet tələbələrinin təşəbbüsü ilə Savanna, Con yaşadığı yerə xeyriyyə məqsədi ilə imkansız insanlara ev tikməyə gəlir. Təsadüfə bax ki, Con da eyni zamanda məzuniyyətdə olur. Savannanın gözəl, imkanlı ailəsi, atası-anası, dostları olduğu təqdirdə, Conun heç cür yola gedə bilmədiyi, ona qarşı həmişə soyuq davranan atasından, bir evdən və atasının qəpik kolleksiyasından başqa həyatda heçnəyi olmur.

 Məhz bu çatışmamazlıqlar və fərqliliklər iki başqa dünyaların insanlarını bir araya gətirir. Və bu birgəlik yolunda onları nələrin gözlədiyini, həyatın onlara hansı suprizləri hazırladığını bilmədən müvəqqəti bir xoşbəxtlik hissi ilə irəliləyirlər.


Kitabda mənə ən çox təsir edən münasibət, Con ilə atası arasında olan münasibət idi. Ümumiyyətlə mən ata və övlad münasibətləri barəsində çox həssasam və bu cür kitablar mənə çox təsir edir. Conun atasını bəyənməməsi, onda ancaq mənfi xüsusiyyətləri görməsi onu sonradan çox peşman edir. Atasının onun üçün hansı fədakarlıqları etdiyini öyrəndikdə onun dəyərini anlayır ancaq artıq çox gec olur. Məhz bu səhnə mənə o qədər təsir etmişdi ki, kitabı bağladım gedib atamı bərk-bərk qucaqladım J 

Gəlin, sevdiklərimizin dəyərini onları itirmədən bilək, onlarla keçirdiyimiz hər bir anı dəyərləndirək və özümüzü onların yerinə qoyaq.
Əsəri bitirdikdə necə deyərlər xəyal qırıqlığı yaşadım. Daha xoşbəxt bir sonla bitməsini istəyərdim. Sonra öyrəndim ki, sən demə, əsərin filmi də var imiş.Filmini izlədim və çox məmnun oldum. Çünki əsərdən fərqli olaraq, film tam mən istədiyim kimi bitmişdi.Bu əsəri, romantikanı sevən bütün kitab qurdlarına məsləhət görərdim. Xoş mütaliələr!

Kitabdan seçdiklərim;
~ Atam həmişə deyirdi ki, əgər bir şeyə qarşı mübarizə edirsənsə, ətrafına bax, görərsən ki, hər kəsin öz döyüş meydanı var, hər kəs nə iləsə mübarizə aparır, hamı üçün çətindir, elə sənin üçün olduğu kimi.~

~Biz səninlə döyüş meydanında iki yaralı əsgərik, kömək edənimiz yox...~