14 Mayıs 2013 Salı

Suzanne Collins "Alaycı kuş"




   
  Nəhayət...  Serinin son kitabı olan "Alaycı Kuş"u da bitirib silsiləni tamamlamış oldum. 

İlk iki kitabdan bir az fərqlidir mövzusu. Sanki bütün qəhrəmanları  çox yaxından tanıyırsınız bu kitabda. Xüsusilə Katniss, Peeta, Gale... hamısının duyğularını hiss edir, onlarla əsəbiləşib, onlarla xoşbəxt olur özünüzü onların yerinə qoyur, onların yerində görürsünüz. Macəra, gərginlik tərzində kitabları sevənlər mütləq oxusun bu kitabı.

Ən çox sonu necə bitəcək deyə səbirsizlənirdim. Sonu da məni qane etdi.  Bəzi hissələrdə  elə içdən hiss etdim ki, Katnissin başına gələn hadisələri... gözlərim doldu. İnsanın özü ilə necə döyüşdüyünü göstərdi mənə  Katniss. Həyatın ona oynadığı oyunlara rağmən necə həyatda qaldığını gördüm. Sevdiklərini itirməsinə, hər şeyin bir anda puç olub getməsinə, heçnəyi geri qaytara bilməməsinə rağmən "Həyat Dəvam Edir" deyir və yaşamağa davam edir. 


"Alaycı Kuş" seriyə son nöqtəni qoydu. Düzünü desəm vaxt itkisi hesab etmişdim bu serini. Çox fantastik olduğuna görə. Lakin "Alaycı Kuş"u oxudum və fikrimi dəyişdim. Yazarın seriyə verdiyi sonluq məni çox məmnun etdi. Uzun sözün qısası; "Alaycı Kuş" kitabını oxumağa dəyər!                                                                                
  Çayırın derinliklerinde, söğüdün altında,

Bir çim yatağı, yumuşacık bir yastık...
Başını yasla, uykulu gözlerini kapa,
Tekrar açtığında, güneş doğacak artık.

Burası güvenli, burası sıcak,                   
Papatyalar seni kötülüklerden koruyacak        
Burada rüyaların tatlı, arın gerçek olacak,
Burada sana olan sevgim her daim yaşayacak...


3 yorum: