8 Mayıs 2013 Çarşamba

Suzanne Collins "Açlık Oyunları"


 Suzanne Collins'in 3 kitabdan ibarət olan  möhtəşəm serisinin ilk kitabı "Açlık Oyunları"

Bir zamanlar Şimali Amerika olaraq bilinən bir yerin xarabalıqları içərisində Panem xalqı yaşayırmış.  Paytaxt Capitol'un ətrafında 12 bölgə varmış. Capitol olduqca şiddətli və mərhəmətsizmiş.  Bölgələr isə bir xətt üzərində sıralanırmış. Onların hər biri hər il keçirilən Aclıq Oyunlarına qatılmaq məcburiyyətində imişlər. Müsabiqə üçün hər bir bölgədən yaşları 12 ilə 18 arası olan bir oğlan  və bir qız uşağı göndərilməli imiş.




On altı yaşlı Katniss Everdeen anası və 12 yaşındakı bacısı ilə yaşayır. Katniss oyunlarda bacısının yerinə keçərək ölüm təhlükəsini öz üzərinə götürür.  O daha əvvəl də ölümə çox yaxınlaşmışdır və bu dəfə bacısı üçün ikinci dəfə həyatda qalma mübarizəsi verəcəkdir. Həqiqətən nə anlama gəldiyini bilmədən bir yarışmacı olmuşdur. Əgər bu mübarizəni qazansa həyatda qalma şansını  başlatmış olacaq ... (Kitabın arxa qapağından)



 Bu kitabı 1 gün ərzində bitirdim və oxuyarkən heç yorulmadım.Əksinə kitabı əlimdən yerə qoya bilmirdim. Quruluşu, hekayəsi, hadisələri o qədər fərqli və o qədər gözəldir ki .. Yazar həqiqətən böyük bir iş bacarmışdır. Nə vaxt nə olacağını inanın heç təxmin belə edə bilməyəcəksiniz. Romanı fərqli, gözəl edən də elə məncə bu xüsusiyyətidir. Şübhəniz belə olmasın ki, kitabı qısa müddətdə bitirmək, sonunu bilmək istəyəcəksiniz . Serinin digər kitablarını da səbirsizliklə oxumaq istəyəcəksiniz. Mən artıq serinin ikinci kitabı olan "Ateşi Yakalamak" romanını tezliklə oxumağı planlaşdırıram.  : ) 




5 yorum:

  1. mən də yay üçün bu seri ilə Millenium serisini planlamışam..Aclıq oyunları əslində belə baxanda günümüzdəki millətlərarası əlaqəni anımsadır bəzən mənə.

    YanıtlaSil
  2. çox böyüy həvəsnən oxumuşdum bunu bir ildən çox vaxt olar :) və filminə baxmağı planlaşdırıram aama qismət olmur)

    YanıtlaSil
  3. Filminə baxmağı məndə çox istəyirəm lakin kitabı oxuduqdan sonra)

    YanıtlaSil
  4. qərar verdim saba mütləq baxacam ^_^

    YanıtlaSil