27 Şubat 2014 Perşembe

Darien Gee - "Dostluk Ekmeği"

  Darien Gee bir çox məşhur əsərlərin müəllifidir. Onun kitabları 14 dilə tərcümə olunmuşdur. Wellesley kollecini bitirdikdən sonra Rice universitetində, siyasi elmlər fakultəsində oxumuşdur.

Onun ilk romanı “Dostluk Ekmeği” olub. O bu romanı qızı məktəbdən evə çörək xəmiri gətirdikdən sonra yazmağa qərar verib. 1 il romanın üzərində işləyib və nəhayət 2011-ci ildə kitab çap olunub.

Kitabı türklərin səhifəsində görmüşdüm. Çox tərifləyirdilər. Sağ olsun bir dostum Türkiyədən doğum günümə hədiyyə olaraq göndərdi və oxudum.

Hadisələr əsas 3 xarakter ətrafında dönür. Julia, Hannah, Madeline.

Hər şey Avalon sakini Julia Evartsın qızı Gracie ilə evə gələrkən qapının ağzına qoyulmuş çörəyi görməsi ilə başlayır. Çörəyin üzərində bir not olur “Ümid edirəm, bəyənərsiz” və təbii ki, necə bişirmək lazım olduğu da 
yazılır həmin notda.


Julia başına gələn bir fəlakət nəticəsində özünə qapanmış bir qadın olur. Bu müddət ərzində ailəsi, yoldaşı ilə əlaqələri korlanır. Qohumlarla, qonşularla bütün əlaqələri kəsilir və agressivləşir. Vəziyyət o həddə çatır ki, bütün tanışları ondan uzaqlaşır. Həyata marağı ölən, hər gözünü yumduqda o faciəni xatırlayan bir insan olaraq uçuruma sürüklənən anda hər şey bir qab xəmir və bir not vasitəsi ilə 180 dərəcə dəyişir...

Hannah de Brisay isə Avalona yeni köçmüşdür. Təklif yoldaşının, Philippe’nin təklifi olur. Evi dəyişdikdən sonra isə hər şeyin əslində onun xəyal etdiyi və zənn etdiyi kimi olmadığını və həyat yoldaşının ona böyük oyun oynadığını anlayır...

Madeline Davis, “Madeline Çay Salonu”nun sahibidir.  Avalona həyatında yeniliklər yaratmaq üçün gəlmiş və kafe açmaq qərarına gəlmişdir. Bu üç qadının həyatları da məhz bu kafedə birləşir.

Julia 10 gün ərzində xəmiri bişirir, qızı Gracie’nin xəmiri məktəbə aparması ilə bütün Avalona bir olur bu xəmir və bu yolda üç qadını macəralı günlər gözləyir...

Kitabın əvvəlləri çox axıcı gəlmişdi oxuyarkən gözümü ayıra bilmirdim. Lakin ortalarda artıq maraqsızlaşmışdı. Çünki yenilik yox idi. Sonlara yaxın yazıçı necə deyərlər “patlatıyo” və siz heyran qalırsız əsərə. 10 ballıq sistemlə 7 bal ilə qiymətləndirərdim kitabı.

P.S məhz bu çörəyin cürbəcür reseptləri var kitabda. Bir yoxlayım görüm mətbəxdə necəyəm :D  


Hiç yorum yok:

Yorum Gönder