21 Ağustos 2013 Çarşamba

Debbie Macomber "Bir Yumak Mutluluk"

     Deməli "Küçük muziceler Dükkanı" serisini ikinci kitabı olan "Bir Yumak Mutluluk" kitabını artıq bir həftədən çoxdur ki, oxuyub bitirmişəm. Ancaq vaxt tapıb blog yaza bilmirdim. Sonuncu blogumda Debbie Macomber haqqında məlumat verməmişdim. İstəyirəm bu dəfə qısa məlumat verim. Debbie Macomber 1948-ci ildə Amerikada anadan olub. Kitabları dünya səviyyəsində 140 milyondan çox satan yazar, ən məşhur yazıçıları arasındadır.


Təcrübələrindən və müşahidələrindən yola çıxaraq yaratdığı çətin xarakterlərə həyat vermə qabiliyyətiylə tanınan yazar, ev və ailə həyatı ilə qalıcı dostluqlar üzərinə ürəkaçan, maraqlı və əyləncəli hekayələr yazmaqdadır. Hər kitabıyla dünyada böyük maraq oyadan MACOMBER, eyni zamanda bestseller siyahısının daimi yazarlarından biridir. Macomber'ın əsərləri, satışa çıxdığı ilk həftə ərzində New York Times, USA Today və Publishers Weekly siyahılarında yer tutmağı bacarmışdır.

"Bir Yumak Mutluluk" serinin ikinci kitabıdır. İlk kitabda qəhrəmanların hamısının həyatında möcüzələr baş vermiş və həyatları tam fərqli bir vəziyyətə gəlib çıxmışdı. Bu dəfə isə Lydia Hoffman yeni bir kurs açmaq qərarına gəlir.


Ancaq bu kursda körpə ədyalı  yerinə corab hörməyi öyrədir. Yenə üç  qadın müraciət edir. Bethanne xəyanətə uğramış və özünə inamını tamamilə itirmişdir. Elise pensiya pulunu yeni bir evə qoymuş ancaq şirkət iflas etdiyi üçün çıxılmaz vəziyyətdə qalmış və qızının evinə köçmək məcburiyyətində qalmışdır.  Courtney isə 17 yaşındadır və artıq çəkiləri ilə mübarizə aparır. Anasını 4 il əvvəl itirmişdir. Atası  xaricdə bir körpü inşasına qatılacağı üçün nənəsinin yanında qalması qərarlaşdırılır. Lisey-in son sinifini, yad olduğu bir şəhərdə tanımadığı insanlarla keçirəcəyi üçün çox üzgündür. Bu üç qadının həyatları Lydia'nın qəribə dükanında kəsişir. İlk kitabında olduğu kimi bu dəfə də qəhrəmanların həyatlarında kiçik möcüzələr olur. Xoşbəxt bir son sizi gözləyir.  Kitabın bitməsini heç istəməyəcəyinizə əminəm.





2 yorum: