Deməli ən son yazdığım bloga baxıram, 15 gün bundan qabaq yazmışam)) Vaxt necə keçdi heç başa düşmədim. İnana bilmirəm ki, 15 gündür bir kitab belə oxumamışam. İstirahət etdik, gəzdik bəsdir artıq normal həyata dönməyin zamanı gəldi çatdı. Bəs bu 15 gün ərzində nə etdim? Şimali Kiprdə yerləşən Doğu Akdeniz Universitetinə kiçik bir səyahət etdim.
"Necə yer idi?" sualını vesəniz sonsuz sayda gözəl sözlər eşidəcəksiniz. Çünki çox bəyəndim. Huzur dolu, kiçik, şirin, sakit bir şəhərcikdə oxumaq istəyirsinizsə heç tərəddüd etmədən Doğu Akdeniz universitetini seçin.
Hər şey bir yana, məni ən çox sevindirən orada Azərbaycanlıların həddindən artıq çox olması idi. Öz doğma şəhərimdə görə bilmədiyim səmimi, gülərüz azəriləri gördüm orada. Hətta azərilərin açdığı kiçik, şirin bir kafe də var idi.
Doğu Akdeniz Universitetinin şəhərciyində belə bir kafe açmaq hər adamın işi deyil. Yeməklərdən də danışmayım, ilk dəfə idi ki, anamın yeməklərindən ötrü darıxmırdım.
Sadəcə Azərbaycan mətbəxi deyildi necə deyərlər "sintez" idi. Əminəm ki, Afrikan plovu ilə türk köftəsini birlikdə dadmamısınız)) Bir sözlə dadı damağımda qaldı. Şimali Kiprə nə vaxtsa yolunuz düşsə mütləq bu kafeyə baş çəkin, peşman olmazsınız!
Həmişə olduğu kimi hamı "shopping"-ə gedib paltarlar, ayaqqabılar almaq istəyəndə, mən təbii ki, kitab mağazasına getmək istəyirdim. Hətta təşkilatçıları o qədər bezdirdim ki, bir günümüzü xüsusi olaraq kitab mağazasına həsr etdilər))
Hardasa 1 saat 100 dən artıq kitabların içərisində qurdalanıb ingilis dilində 3 kitab aldım. Aldığım kitablar:
Katie Flynn - A Sixpenny Christmas
Catrin Coller - Hearts of Gold
Karen Joy Fowler - The Sweetheart Season
Tətilə getməmişdən əvvəl isə blog vasitəsilə tanış olduğum blogger Nuriko, yəni Nurəddin mənə imtahanlarından kəsrsiz keçsə kitab hədiyyə edəcəyini söz vermişdi. Sözünün üstündə durdu və mənə poçt vasitəsi ilə F.M. Dostoyevskinin "İnsancıklar" kitabını göndərdi. Ona burdan öz təşəkkürlərimi bildirirəm, sizə isə bol kitablı, xoş istirahətlər arzu edirəm)
Həmişə olduğu kimi hamı "shopping"-ə gedib paltarlar, ayaqqabılar almaq istəyəndə, mən təbii ki, kitab mağazasına getmək istəyirdim. Hətta təşkilatçıları o qədər bezdirdim ki, bir günümüzü xüsusi olaraq kitab mağazasına həsr etdilər))
Katie Flynn - A Sixpenny Christmas
Catrin Coller - Hearts of Gold
Karen Joy Fowler - The Sweetheart Season
Tətilə getməmişdən əvvəl isə blog vasitəsilə tanış olduğum blogger Nuriko, yəni Nurəddin mənə imtahanlarından kəsrsiz keçsə kitab hədiyyə edəcəyini söz vermişdi. Sözünün üstündə durdu və mənə poçt vasitəsi ilə F.M. Dostoyevskinin "İnsancıklar" kitabını göndərdi. Ona burdan öz təşəkkürlərimi bildirirəm, sizə isə bol kitablı, xoş istirahətlər arzu edirəm)
Hiç yorum yok:
Yorum Gönder