4 Temmuz 2013 Perşembe

Robin Sharma "Ferrarisini Satan Bilge"

  Deməli uzuuunn bir fasilədən sonra yenə kitablarıma qovuşdum, yenə sizinləyəm. Demək olar ki, bu qədər uzun bir ayrılığım olmamışdı. Meğer kitapsız da hayat varmış))) Düzdür, bu fasilə ərzində kitab oxuya bilmirdim ancaq kitabxanama kitablar əlavə etməkdən imtina etmədim. 



Kitabxanama əlavə etdiyim bir-birindən dəyərli altı kitab:

Emrah Serbes- Hikayem Paramparça
Jack London-  White Fang 
Hakan Günday- Az
Dilek Akın- Yaz dedi tanrı
Sent-Ekzüperi - Balaca Şahzadə
John Boyne- Çizgili Pijamalı Çocuk

Nə az nə çox 4 gündür zaman tapdıqca oxuduğum "Ferrarisini Satan Bilge" kitabını da elə bugün bitirdim. 
İlk öncə Robin Sharma haqqında qısa məlumat verim, Sharma 1965-ci ildə Hindistanda dünyaya gəlib. Anası və atası Hindistan bölgəsinin yerlilərindən olub. Yazar Kanadanın şərq sahilində böyüyüb və Nova Scotia'nın paytaxtı Halifax'da olan Dalhousie Law məktəbində məzun olub. 





Liderlik, performans və şəxsi inkişaf mövzularında dünyadakı ən əhəmiyyətli mütəxəssislərdən biridir və əsərləri qırx dörd ölkədə nəşr olunmuşdur. Yazar, prezident, idarəçilik və təhsil xidmətləri verən "Sharma Beynəlxalq Liderlik" şirkətinin idarəçisidir. Qrupuyla birlikdə 10 ildir beynəlxalq olaraq böyük firmalara bu sahədə xidmət verməkdədir. Ayrıca oxucuları arasında məşhur sənətçilər,  idman və pop ulduzları var.

 Robin Sharma həqiqətən bəyəndiyim yazıçılardan biri oldu. Elə gözəl bir şəkildə izah edir ki hər şeyi, bir nağılın içində gerçəkləri öyrənmək kimi olur onun kitablarını oxumaq.
İsti yay günlərində məncə ediləcək ən gözəl şeylərdən biri ( təbii ki, zaman tapdıqca) çiçəkli bağçamızda oturub gözəl bir kitab oxumaqdır.



Kitabın mövzusu; çox məşhur və müvəffəqiyyətli bir vəkil olan Julian Mantle-in keçirtdiyi ağır bir ürək tutmasından sonra həyatının məqsədini və gerçək dincliyi tapmaq üçün Hindistana gedər, orda Sivana Ruhanilərini tapar və həyatın möhtəşəm sirlərini bir-bir öyrənər ... Məhz bu sirlər kitabda ayrıntılarıyla yazılıb.

Romanda oxucuya verilən ana düşüncə isə həyatımızda maddi dəyərləri ön planda tutaraq əslində bizim üçün əhəmiyyətli olan mənəvi dəyərləri, ailəmizi, sevdiklərimizi yaddan çıxartmamaq və bir gün geriyə dönüb baxdığımızda kaş ki deməmək üçün həyatımızı yaxşı təyin etməmiz lazım olduğudur.

2 yorum: