Bugünə qədər oxuduğum ilk Stefan Zweig kitabı olan "Bilinmeyen Bir Kadının Mektubu"'-nu çox bəyəndim. Kitabı Bakumoz kitab evindən endirimlə 4 AZN-a almışdım. Poçtdan əldə etdikdə kitabın arxasına baxdım, 5 TL yazılmışdı))) Kargonu da üzərinə gəlsək elə hardasa 4 AZN-a satılmalı olduğunu öyrəndim..
.Pulu göndərməyə 1 AZN da verdiyimi nəzərə alsaq bu kitab mənim üstümə 5 AZN-a oturdu ( Türkiyədən 2 ədəd almaq olardı bu kitabdan 5 AZN-a) Nə qədər bəyənsəm də, sadəcə 62 səhifə olan kitaba 5 manat verməyimə peşman oldum.
Nə isə çox danışmadan Stefan Zweig barəsində kiçik məlumat verim, Stefan Zweig, 28 Noyabr 1881də Viyanada doğulub. 18 yaşına gəldiyində, Viyana Universiteti Fəlsəfə və Ədəbiyyat Elmləri Fakültəsinə daxil olub. Ali təhsilini burada alıb.
Zweig ilk şeirlərini 1901də "Gümüş Teller" adıyla nəşr edib. Bu epik əsər, ona, tarixi miniatürləri və bioqrafiya yazıları ilə eyni dərəcədə şöhrət qazandırıb. "Bilinmeyen Bir Kadının Mektubu" əsərini isə 1920-ci ilin yarısında qələmə alıb.
Kitabın mövzusu isə adından da bəlli olduğu kimi bilinməyən bir qadının məktubundan ibarətdir. Kitabda duyğularının qarşılığı olmayan bir qadının iç dünyasına girmək, bir az heyranlıqla bir az "saplantıyla" qarışıq olan eşqinin bütün həyatını necə puç etdiyini oxumaq insana çox təsir edir. Mən şəxsən kitabı oxuyanda çox əsəbiləşdim. Bir insanın bir insana görə bütün ömrünü puç etməsini heç cür qəbul edə bilmirdim... Yenə də qısa məzmunlu, romantik kitablar sevənlər mütləq oxumalıdır. Çünki bütün şikayətlərim' baxmayaraq mən də çox bəyəndim.
~ Kitabdan seçdiklərim;
Nə isə çox danışmadan Stefan Zweig barəsində kiçik məlumat verim, Stefan Zweig, 28 Noyabr 1881də Viyanada doğulub. 18 yaşına gəldiyində, Viyana Universiteti Fəlsəfə və Ədəbiyyat Elmləri Fakültəsinə daxil olub. Ali təhsilini burada alıb.
Kitabın mövzusu isə adından da bəlli olduğu kimi bilinməyən bir qadının məktubundan ibarətdir. Kitabda duyğularının qarşılığı olmayan bir qadının iç dünyasına girmək, bir az heyranlıqla bir az "saplantıyla" qarışıq olan eşqinin bütün həyatını necə puç etdiyini oxumaq insana çox təsir edir. Mən şəxsən kitabı oxuyanda çox əsəbiləşdim. Bir insanın bir insana görə bütün ömrünü puç etməsini heç cür qəbul edə bilmirdim... Yenə də qısa məzmunlu, romantik kitablar sevənlər mütləq oxumalıdır. Çünki bütün şikayətlərim' baxmayaraq mən də çox bəyəndim.
~ Kitabdan seçdiklərim;
"Sana, beni asla tanımamış olan sana" |
Ve insan, ölümün gölgesi üzerine düşmüşse eğer, artık yalan söyleyemez |
Hiç yorum yok:
Yorum Gönder