20 Nisan 2013 Cumartesi

Paulo Coelho "Rio-Pyedranın sahilində oturdum və ağladım"

Romanın qadın və kişi qəhrəmanı uşaqlıqlarını birlikdə keçirirlər, lakin bir gün kişi yeni həyat kəşf etmək yeni insanlar tanımaq istəyi ilə yaşadığı şəhəri buraxıb uzaqlara gedir. Uzun illər ondan bir xəbər- ətər gəlmir, lap sonralar isə ara-sıra bir neçə məktublar göndərməyə başlayır. bu vaxt qadın (Pilar) yaşadığı şəhərdə istituta qəbul olur, uğur qazanmaq üçün çalışır, xoşbəxt evlilik xəyalları qurur, ideal ər ümidilə nişanlanır, amma bir müddət sonra ondan ayrılır. Yəni hər günü eyni olan, eyni insanlarla, eyni şəhərdə keçən, həyəcansız, məqsədsiz, eşqsiz bir ömür sürür. Bu arada kişi qəhrəmanımız məktublarında dindən, tanrıdan tez-tez yazır və ən son məktubunda dini bir mühazirə oxumaq üçün Madridə gələcəyini və Piları da o mühazirəyə dəvət etdiyini yazır. Pilar yalnız keçmişdən danışmaq və keçən o qədər ildən sonra onu görmək üçün cəmi bir neçə günlük Madridə yollanır. Əsl hekayət də elə bu nöqtədən başlayır....

Kitabdan seçdiklərim;

~Sevmək- başqa adamın bir parçası olmaq, onda İlahi odun qığılcımlarını tapmaq deməkdir.~

~Mütləq risk eləmək lazımdır. həyatın möcüzəsini yalnız gözlənilməz hadisələrə hazır olduğumuz zaman tam şəkildə dərk edə bilərik.~

~Düzdür xoşbəxtlik hərdən başımıza göydən yağır, ancaq əksər hallarda o mübarizə, qələbədir. Sehrli an bizə dəyişməkdə və arzularımızın axtarışına çıxmaqda kömək edir. Doğrudur bu yolda bizi ağrı-acı, əzab, ehtiyyac gözləyir, çoxlu məyusluqlarla qarşılaşacağıq-lakin onların hamısı keçicidir. heç bir iz qoymur. Gələcəkdə biz geriyə qürur və inamla baxacağıq.~

~Bilərdim. Biz heçvaxt bu sözlərin mənasını sonacan anlamayacağıq. Çünki həyatımızın hər bir anında nə isə bir şey baş verə bilər- bilər, ancaq vermir. Elə sehrli anlar var ki, geridə qalır, kəşf olunmadan keçir, və ya taleyin əli qəflətən bizim dünyamızı dəyişir!~

~Sənin gözlərinin içinə baxırlarsa heçnəyi gizlədə, yalan danışa bilməzsən!~

~Hərdən bizi kədər bürüyür və biz onun öhdəsindən gələ bilmirik. Başa düşürük ki, bu günün sehrli anı keçdi, bizsə ondan istifadə etmədik. Və onda həyat bizdən öz sehrini, öz hünərini gizlədir.~


~Körpənin səsinə qulaq vermək lazımdır. O körpənin ki, nə vaxtsa sən özün olmusan və hələdə içində bir yerlərdə yaşayır. O, həmin sehrli anların dərkinə qadirdir. Bəli biz körpənin ağlamasını kəsə bilərik, lakin səsini batırmaq yox.~

~Körpələr xoşbəxtdirlər, çünki artıq rəhmət qazanıblar. Və əgər biz yenidən doğulmağı bacarmasaq, əgər həyata nə vaxtsa baxdığımız kimi- uşaq uşaq saflığı ilə və şövqlə baxa bilməsək, onda bizim mövcudluğumuzun heç bir anlamı olmayacaq.~

~İntihar etməyin çoxlu üsulları var. O kəslər ki, cisimlərini öldürməyə cəhd göstərirlər, Allaha qarşı çıxırlar. Lakin ruhun qətlinə cəhd edənlər də onun qanununu pozur-hərçənd adamlar onların bu cinayətini hesaba almırlar.~

~Kim ki öz qəlbini ram etməyə qadirdir, ona bütün dünya baş əyəcək.~

~Məhəbbət- başdan-başa hiylə və tələdən ibarətdir. O, öz gəlişi haqqında xəbər vermək istəyəndə, ancaq işığını göstərir, işığın yaratdığı kölgələri isə- gizlədir~

~Təzə ayaqqabı ayağı vurur- yaşamda belədir- o, bizi qəfildən yaxalayır və qeyri-müəyyənliyə sürükləyir. Hətta biz bunu istəməsək də, hətta bu bizə lazım olmasada.~

~Sevgi- narkotikdir. Əvvəlcə eyforiya, yüngüllük, tam vəhdət hissi yaranır. Növbəti gün sən yenə istəyirsən. Sən hələ içinə çəkməyə macal tapmamısan- baxmayaraq ki, hiss etdiklərin xoşuna gəlir- ancaq əminsən ki, istənilən an onsuz keçinə bilərsən. Sən sevimli varlıq haqqında 2 dəqiqə fikirləşərsən və üç saat yadına da düşməz. Lakin tədricən ona öyrəşərsən və tamamilə ondan aslı hala düşərsən. Onun haqqında 3 saat fikirləşərsən və iki dəqiqəyə unudarsan. Əgər o yanında yoxdursa, sən növbəti dozadan məhrum olmuş narkomanların hiss etdiklərini hiss edərsən. Belə dəqiqələrdə dozaya görə qarətə, qətlə, istənilən alçaqlığa hazır olan narkomanlar kimi sən də sevginin xatirinə hərşeyə hazırsan.~

~yalnız yanında saxlaya biləcəyin adamı sevmək lazımdır!~

~Gözləmək- işgəncədir. Unutmaq- ağırdır. Ancaq əzablardan ən dəhşətlisi hansı qərarı verəcəyini bilməməkdir.~

~Məhəbbət sual vermir, əgər biz düşünməyə başlasaq, qorxmağa başlayacağıq. Bu- izahedilməz qorxudur, hətta mən onu sözlə ifadə etməyə belə çalışmayacam. Bu rədd edilmək, sevilməmək qorxusu ola bilər, qorxu cazibəni pozacaq. Axmaq səslənir, amma bu belədir. Ona görə də soruşmaq yox, hərəkət etmək lazımdır. Riskə getmək lazımdır.~

~Valideynlərimiz bizə stəkanlara və bədənə ehtiyyatla yanaşmağı öyrədiblər. Beynimizə yeridiblər ki, uşaqlıq ehtirası- mümkünsüzdü, biz ruhani olmağa hazırlaşan insanı seçdiyi yoldan sapdırmamalıyıq, insanlar möcüzə yaratmağa qadir deyillər və əgər hara apardığını bilmirsənsə yola çıxmaq lazım deyil..~

~Biz başqalarının yaşamlarını mühakimə edə bilmərik, çünki hər kəs təkcə öz əzablarını tanıyır və öz məhrumiyyətlərindən keçir. Doğru yolu tapdığını düşünmək bir şeydir, özünü və digərlərini bu yolun yeganəliyinə inandırmaq isə tamam başqa.~

~Sevgi əbədidir sevgililər dəyişir..~

Nəhayət kitabdakı bütün sözlərə dəyən o söz...

~Əşyalarını topla. Gedirik. Arzular özbaşına həqiqətə çevrilməyəcək!~

1 yorum: