20 Nisan 2013 Cumartesi

Corc Oruell "Heyvanıstan"

Bu kitab, sözün əsl mənasında əla kitabdır.  
Qeyd edim ki, ingilis yazıçı Corc Oruellin “Heyvanıstan” povesti dünyanın bir çox ölkələrində qadağan olunub. Yazıçı 1945-ci ildə çap etdirdiyi əsərində Stalin, Trotski, Molotov, Marks kimi şəxsiyyətləri heyvanların timsalında göstərib. Bir sözlə oxumağa dəyər kitabdır :)
 
Kitabdan seçdiklərim:

   ~ Həyatımız qısa və miskindir, zəhmət və zillətlə doludur. Doğulduğumuz gündən bizə ancaq nəfəsimizi canımızda tutmağa kifayət edəcək qədər yem verirlər. Kimin bədənində gücü, təpəri varsa, son nəfəsi ağzından çıxana qədər işləməlidir. Günlərin birində, artıq işə yaramadığımız aydın olanda isə tərəddüdsüz-filansız hamımızı sallaqxana bıçağının altına göndərirlər. İngiltərədə 1 yaşına dolmuş elə heyvan yoxdur ki, haqqı çatan istirahətin, yaxud xoşbəxtliyin nə olduğunu bilsin. Yaşayışımızı başdan-başa miskinlik və köləlikdən ibarətdir. Həqiqət belədir.
Biz nə üçün belə acınacaqlı vəziyyətdə yaşayırıq?! Çünki zəhmətimizin bütün bəhrələrini İNSAN oğurlayır. Budur, yoldaşlar, qarşımıza çıxan bütün sualların cavabı!
Bu cavab tək bir sözdən ibarətdir- İNSAN! Bizim yeganə düşmənimiz insandır! İnsanı səhnədən uzaqlaşdırın, o zaman aclığı, ehtiyyacı, kölə əməyini doğuran səbəblərdə aradan qalxacaq!~


Hiç yorum yok:

Yorum Gönder