26 Nisan 2013 Cuma

Markus Zusak "Kitap Hırsızı"



Daha əvvəl heç ölüm mələyi tərəfindən izah edilən bir kitab oxudunuz mu? Oxumamısınızsa buyurun oxuyun!

Tamamilə bir təsadüf nəticəsində öyrəndim bu kitabın varlığını. Yaxşı ki öyrənmişəm deyirəm indi. O qədər gözəl bir kitab idi ki, kitab bitdi amma məndəki təsiri hələbitmədi.




Kitab həqiqətən ölüm mələyi tərəfindən izah edilir. Ancaq ölüm mələyi dəyincə dərhal  qorxmayın ! : )) Bu ölüm mələyi bizim bildiyimiz ölüm mələyindən deyil. Həssas, olduqca nəzakətli, düşüncəli və romantik. Amma təbii bütün bunlar vəzifəsini yerinə yetirməsinə mane olmur.

Kitabın ana xarakteri Liesel Meminger adında kiçik bir qızdır. Liesel olduqca kasıb olan anası tərəfindən başqa bir ailəyə verilir.Bu sırada qardaşını itirən Liesel, yeni tanış olduğu ailəsinə alışmağa çalışır. Himmel Küçəsində çox sevdiyi atası Hans, sərt amma yaxşı ürəkli anası Rosa, hər şeyi birlikdə etdiyi yoldaşı Rudy, Liesel'in yeni həyatını meydana gətirməkdədir.
Ancaq II. Dünya müharibəsi başlamışdır və Almaniyada həyat çox çətindir. Yoxsulluq, aclıq, işgəncə və
ölüm ...

Bu kitabda kiçik bir qızın yaşadıqlarını yalnız oxumur, eyni zamanda  şahid olur, izləyirsiniz. Yazar uşağın ruh halını elə gözəl izah etmiş ki, sanki kitabı bir uşaq qələmə alıb. Çalışın kitabı alın və oxuyun. Həqiqətən peşman olmayacaqsınız   ( :


Kitabdan seçdiklərim;

~ Rudy bunları ancak ilerleyen yıllarda anlayabilecekti; bir şeyi anlamaya çalışmak için çok geç olduğunda ~

~ Çoğu acı hikayesinde olduğu gibi, herşey derin bir mutlulukla başlamıştı. ~

~ Kalabalık kalabalıktı. Onu kandırmak, arasından geçmek veya mantıklı bir şekilde anlaşmak mümkün değildi. Onunla birlikte nefes alır ve onun şarkılarını söylerdiniz. Onun ateşinin yanmasını beklerdiniz ~

~ Hayatları hayal bile edilemeyecek ölçüde değişmişti ama hiçbir şey olmamış gibi davranmaları şarttı. ~

~ Yüzünüze bir tokat yedikten sonra gülümsediğinizi düşünün. Sonra da bunu günde yirmi dört saat yaptığınızı ~ 

3 yorum:

  1. Bu əsər tam bir Şahəsərdir mənim gözümdə.Bir kitabda hisslər bu qədər gözəl təsvir edilə bilməzdi.

    YanıtlaSil
  2. Kazım Bayramov, mən yazıçıya heyran olmuşam. İkinci kitabını da oxumağı planlaşdırıram.

    YanıtlaSil