21 Nisan 2013 Pazar

Jostein Gaarder "Sofie'nin dünyası"

Fəlsəfəyə maraq göstərməyənlər üçün darıxdırıcı olmaqdan kənara keçə bilməyən lakin maraq duyanlar üçün əllərindən düşürə bilməyəcəkləri, fəlsəfə tarixi üzərinə yazılan bu romanda yazıçı kitabın gənclərə də xitab etməsi üçün ağır bir dil istifadə etməkdən qaçınmışdır. Kitabın fəlsəfəylə məşğul olmağa yeni başlayanlar üçün faydalı olacağına inanıram : )

P.S. kitabı çoxdan oxumuşam, oxuduğuma da heç peşman olmamışam. Kitab olduqca axıcı və maraqlı idi oxumağa dəyər! (Hər bir kitabı oxumağa dəyər :)

Kitabdan seçdiklərim;

 ~Uşaqlar üçün dünya və dünyadakı hər şey yenidir, maraqlıdır. Böyüklər üçünsə vəziyyət heç də belə deyil; böyüklərin çoxu üçün dünya sıradan bir şeyə çevrilmişdir. Filozoflarsa digər böyüklərdən fərqlidir. Bir filosof dünyaya alışmağı heç cür bacara bilməz. Dünya onun üçün hələ ağla sığmaz bir şey, sirlərlə dolu, sirrli bir şeydir. Filosoflarla kiçik uşaqların ən əhəmiyyətli ortaq yanları budur; bir filosof ömrü boyunca dünya və dünya kənarına maraqlı bir uşaq olaraq qalar da deyə bilər insan.~

~Yaşam və yuxu bənzətməsinə tarixdə çox əvvəllər Hindistan və Çində rast gələrik. Çinli müdrik Chuangtze belə deyir: Bir dəfə yuxumda kəpənək olduğumu gördüm. İndi artıq yuxusunda kəpənək olduğunu görən Chuangtzeyəmmi, yoxsa yuxusunda Chuangtze olduğunu görməyə davam edən bir kəpənəyəmmi... bilmirəm.~

 Qeyd edim ki, bu kitab 600 səhifədən ibarətdir. Romanı çoxdan oxuduğuma görə seçdiklərimdən qeyd dəftərimdə bunlar qalıb. Lakin roman qiymətli sözlərlə və məlumatlarla doludur. 
   

3 yorum:

  1. bunu oxumax qismət olmurda mənə -_-

    YanıtlaSil
  2. Bu kitabı ozumaq üçün boş zamanınız olmalıdır. Biraz qəlzi kitabdır. Hər cümləsi düşündürür.

    YanıtlaSil