19 Nisan 2013 Cuma

Etel Lilian Voyniç "Ovod"

Etiraf edirəm ki, ilk dəfə idi ki, bir kitabı oxuduqdan sonra 15 dəqiqədən artıq oturub ağladım. Bəlkədə mənəvi vəziyyətimlə əlaqədar idi amma inanın mənə bu kitaba hətta oxuduğum kitablar içərisində ən sevdiyim kitab adı belə verə bilərəm. Çünki kitabda ata və oğul münasibətindən, onların arasında olan sonsuz sevgidən və oğulun iztirablı həyatından söhbət gedir :( Əminəm ki, kitab sizdə də eyni təəssüratı yaradacaq. Kitabdan çox böyük təcrübə qazandım. Elə bir təcrübə ki. yazmaqla sizə anlata bilməyəcəyim, ancaq kitabı oxusanız başa düşəcəyiniz və əldə edəcəyiniz bir təcrübə. HƏYAT TƏCRÜBƏSİ.

Kitabdan seçdiklərim;

~İnsanı birşeyə bağlayan and deyil. Əgər adam hiss edirsə, özü də dərindən hiss edirsə ki, bir fikir onun qəlbinə hakim kəsilib- bu kifayətdir. Bundan başqa adamı heç bir şey bağlaya bilməz.~

~Yolun ortasında atılıb-qalmış bir daşın çox yaxşı niyyətləri ola bilər, lakin onu yoldan kənar etmək lazımdır...~

~Görülən işləri dəyişmək üçün Yer üzündə bir üsul mümkün olsaydı, onda keçmiş səhvlər haqqında düşünməyin bir mənası olardı, amma onları ki, düzəltmək mümkün deyil,-qoy onda ölülər ölülərin dərdinə ağlasın.~

~Qəlbin axı dili yoxdur...səsi yoxdur..çığıra bilmir...o gərək səbr etsin, səbr etsin, səbr etsin..~

~Oradakı zülmət...yox. yox, bu o deyil. Bu ancaq oyuncaq bir cəhənnəmdir. Məsələ daxili zülmətdir: orada nə ağlamaq, nə diş qıcırtması var, ancaq susmaq...susmaq...~

~Heçbir əzab buna tay ola bilməz: əfv etmək istəyəsən, əfv etməyə çalışasan, lakin biləsən ki, bu mümkün deyil, əfv edə bilməzsən... buna cəsarət etməzsən...~

~Nə həyat. nə də ölüm ciddi olmağa dəyməz.~

~Ey xoştəbiətli adamlar, bu gün təntənəli mərasimlə gedərkən mən sizə baxdım, gördüm ki, siz günahlarınızın bağışlanacağına ürəyinizdə şadyanalıq edirsiniz, xilas olmanıza sevinirsiniz! İndi sizdən xahiş edirəm: siz xilas olmanızın nəyin bahasına başa gəldiyini fikirləşin. O çox baha başa gəlib. Onun qiyməti qırmızı yaqutdan da bahadır, çünki o, qanın qiymətidir.~


Və sonda məni ən çox təsirləndirən son sözlər...
"Mən xoşbəxt bir kəpənəyəm,
Yaşasam da, ölsəm də..."

8 yorum:

  1. bi də bunu oxumağı planlaşdırıram -_-

    YanıtlaSil
  2. Əla kitabdır. Bir gün içərisində bitirəcəyinizə inanıram.

    YanıtlaSil
  3. Ovod ölende çox ağladım birde Montanellinin Ovodun Artur olduğunu öyrendiyi o hebsxana hissesinde :/

    YanıtlaSil
  4. Super kitabdi..aglamadan oxumaq mümkün deil ..en sevdiyim sözlər isə sondakilardir..cemma ilә birlikdә ezberlrdiyi şeir..oxumayanlar oxusun..

    YanıtlaSil
  5. Super kitabdi..aglamadan oxumaq mümkün deil ..en sevdiyim sözlər isə sondakilardir..cemma ilә birlikdә ezberlrdiyi şeir..oxumayanlar oxusun..

    YanıtlaSil
  6. Ela kitabdi. Bu sozleri de men elave edim. "Hebsxananin qapisindan cixanda bayramda evinden sevine-sevine qacib cixan usaqlar kimi cixdim" edam olunmaga gedende cixmisdi hebsxanadan.

    YanıtlaSil
  7. Mende bu kitabi oxudum hele 13 yasim var lakin kitablara cox maragim var buna gorede edebiyyat bilicisi kimi rayonumuzda sonrada kecsem respublika turunda istirak edeceyem eger bele ovod kimi butun hissleri insana kecire bilen bir kitab varsa oxudugunuz xahis edirem mene adlarini deyin onu da deyim ki en sevdiyim yer menimde son hissedir 2 setirdir belke ama cox sey ifade edir��

    YanıtlaSil
  8. Cox kitab oxumuwam amma bu qeder elasini gormemiwem

    YanıtlaSil