20 Nisan 2013 Cumartesi

Cerom Devid Selincer "Çovdarlıqda uçurumdan qoruyan"

Roman amerikalı yazıçı Cerom Devid Selincer tərəfindən 1951-ci ildə yazılıb.
Əsərdə on altı yaşlı Holden adlı gənc tərəfindən çox açıq şəkildə Amerika həqiqətlərinin kəskin dərk edilməsindən və müasir cəmiyyətin ümumi qayda və əxlaqının qəbul edilməməsindən söhbət açılır.

Qeyd edim ki, Selincer “Çovdarlıqda uçurumdan qoruyan” romanı üzərində tam doqquz il işləyib. :)) 
Yazıçıya dünya şöhrətini qazandıran əsəri də   “Çovdarlıqda uçurumdan qoruyan” romanı olub. Əsər dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılıb.  

Mən Kitabı çox bəyəndim, çox axıcı və maraqlı idi.  Oxusaz heçnə itirməzsiz inanın mənə :) 

Kitabdan seçdiklərim;



~Məndən sizə məsləhət, heç kimdən heç kimə heç nə danışmayın.Yoxsa, sonra siz də mənim kimi o, adamlar üçün darıxacaqsınız.~
 
~Belə bir qayda qoyacaqdım: mənim evimdə heç kəs saxta, qəlp işlə məşğul ola bilməz. Kim ki azacıq da olsa riyakarlıq, saxtakarlıq eləməyə başladı, ona dərhal qapını göstərəcəkdim.~
 
~Akademik təhsilin sənə bir xeyri dəyə bilər. Əgər bu dərslərlə ciddi məşğul olsan, onda öz əqlinin gücünü yaxşı bilərsən. Bilərsən ki, onun gücü nəyə çatar, nəyə yox. Hətta bir müddətdən sonra əqli imkanlarının hansı düşüncə tərzinə daha müvafiq olduğunu da öyrənə bilərsən. Bunun da sənə o xeyri olar ki, öz əqli imkanlarına uyğun gəlməyən hər hansı bir düşüncə formasını zorla özünə qəbul etdirməkdən uzaq qaçarsan. Yəni, sən öz əqlinin əsl ölçülərini dəqiq biləndən sonra, ona məhz həmin ölçüdə paltar biçdirəcəksən…~
 
~ “İnsanda kallıq, qeyri-yetkinlik əlaməti onun hər hansı bir iş uğrunda fədakarcasına qurban getmək, yetkinlik əlaməti isə bu iş naminə yaşamaq istəməsidir.~
 
~ O uçurum ki sən ona doğru gedirsən, çox qorxunc və çox dəhşətli bir uçurumdur. Oraya düşən adam heç vaxt gedib onun dibinə çatmır. Bütün ömrü boyu üzüaşağı yuvarlana-yuvarlana qalır. Bilirsən, o adamlar ki ömür-günün hansı bir anındasa içində yaşadıqları adi mühitdə mümkünsüz bir şey axtarmağa başlayırlar, onların hamısının aqibəti bu cür olur. Daha doğrusu, onlar elə fikirləşirlər ki, yaşadıqları mühitdə özləri üçün yararlı heç nə tapa bilməyəcəklər. Ona görə ruhdan düşürlər. Hətta heç axtarmağa başlamamışdan əvvəl ruhdan düşürlər.~
 
~
– Həyat, həqiqətən də, bir oyundur, oğul. Elə bir oyundur ki, gərək, onun qaydalarına tabe olasan.
– Bəli, ser. Mən də bilirəm. Bilirəm ki, belədir. Söz tapıblar da. Oyundur. Yox bir… Yenə güclü olan tərəfə düşsən, bir təhri var, onda, doğrudan da, deyərsən ki, oyundur, mən razı. Bəlkə, o biri, zəif tərəfə düşdün, bəs onda necə olsun? Onda it də getdi, ip də.~
 
~ Camaata həmişə elə gəlir ki, hər şeyi düz bilirlər. Bu, mənim vecimə də deyil, ancaq onlar mənə: “Yekə oğlansan, uşaqlıq eləmə,” – deyəndə xətrimə dəyir. Bəzən isə özüm qəsdən yaşımdan böyük görünmək istəyirəm, – ciddi sözümdü, – amma nədənsə heç kəsin gözü bunu görmür. Bu camaat heç vaxt yaxşı şeyi görmək istəmir.~

 

1 yorum: