20 Nisan 2013 Cumartesi

Alber Kamyu "Taun"

   Alber Kamyunun bu əsəri insan faciəsindən, mərhəmət hissindən, vicdan borcundan, gələcəyə ümiddən, həyat eşqindən, bir sözlə, çətin situasiyaya düşmüş insanların hiss və həyəcanlarından bəhs edir. 
"Taun" başqa əsərlərdən onunla fərqlənir ki, onun personajları karyera, sərvət, ictimai mövqe uğrunda mübarizə aparmırlar, ölüm-qalım savaşı aparırlar.

Ancaq mənə çox maraqsız və sıxıcı gəldi bu əsər :))) Düzdür, çox dərin kitab idi lakin mən sevmədim... axıcı gəlmədi..
 
 
Kitabdan seçdiklərim;



~Adam ancaq öz bildikləri və xatirələri ilə yaşayır və onları qazanc sayırsa, arzulardan təcrid olunursa bu çətin bir həyat olmalıdır.~


~Bəlanı insan təyin etmir və adam fikirləşir ki, o mücərrəd bir məfhumdur, qorxulu yuxu kimi bir şeydir və keçib gedəcək. Lakin bəla həmişə keçib getmir, qorxulu yuxular bir-birini əvəz edir və keçib gedən adamlar olur.~



~Bir halda ki, həyat məsələsini ölüm həll edir, bəlkə elə allahın özünə də sərf edir ki, adamlar ona inanmasın, əllərini göyə açıb kömək gözləməkdənsə, var qüvvələrini toplayıb, ölümlə mübarizəyə girişsinlər.~


~Kök salmaqda olan ümidsizlik adəti ümidsizliyin özündən də pisdir.~

~Anası ilə o bir-birini həmişə beləcə sükut içində sevəcəklər. Günlərin birində ya anası, ya da onun özü dünyadan köçəcək və onlar heç vaxt bir-birini sevdiklərini dilə gətirə bilməyəcəklər.~

 

2 yorum:

  1. mənə də sixici gəlmişdi.ama yene de oxumaq lazimdi.ele bir kitab yoxdu ki ondan nese oyrenmek olmasin :)

    YanıtlaSil