Darien Gee bir çox məşhur əsərlərin
müəllifidir. Onun kitabları 14 dilə tərcümə olunmuşdur. Wellesley kollecini bitirdikdən sonra Rice universitetində, siyasi elmlər
fakultəsində oxumuşdur.
Onun ilk
romanı “Dostluk Ekmeği” olub. O bu romanı qızı məktəbdən evə çörək xəmiri gətirdikdən
sonra yazmağa qərar verib. 1 il romanın üzərində işləyib və nəhayət 2011-ci ildə
kitab çap olunub.
Kitabı
türklərin səhifəsində görmüşdüm. Çox tərifləyirdilər. Sağ olsun bir dostum
Türkiyədən doğum günümə hədiyyə olaraq göndərdi və oxudum.
Hadisələr
əsas 3 xarakter ətrafında dönür. Julia, Hannah, Madeline.
Hər şey
Avalon sakini Julia Evartsın qızı Gracie ilə evə gələrkən qapının ağzına
qoyulmuş çörəyi görməsi ilə başlayır. Çörəyin üzərində bir not olur “Ümid edirəm,
bəyənərsiz” və təbii ki, necə bişirmək lazım olduğu da
yazılır həmin notda.
Julia
başına gələn bir fəlakət nəticəsində özünə qapanmış bir qadın olur. Bu müddət ərzində
ailəsi, yoldaşı ilə əlaqələri korlanır. Qohumlarla, qonşularla bütün əlaqələri
kəsilir və agressivləşir. Vəziyyət o həddə çatır ki, bütün tanışları ondan
uzaqlaşır. Həyata marağı ölən, hər gözünü yumduqda o faciəni xatırlayan bir
insan olaraq uçuruma sürüklənən anda hər şey bir qab xəmir və bir not vasitəsi
ilə 180 dərəcə dəyişir...
Hannah de
Brisay isə Avalona yeni köçmüşdür. Təklif yoldaşının, Philippe’nin təklifi
olur. Evi dəyişdikdən sonra isə hər şeyin əslində onun xəyal etdiyi və zənn
etdiyi kimi olmadığını və həyat
yoldaşının ona böyük oyun oynadığını anlayır...
Madeline
Davis, “Madeline Çay Salonu”nun sahibidir. Avalona həyatında yeniliklər yaratmaq üçün gəlmiş
və kafe açmaq qərarına gəlmişdir. Bu üç qadının həyatları da məhz bu kafedə
birləşir.
Julia 10
gün ərzində xəmiri bişirir, qızı Gracie’nin xəmiri məktəbə aparması ilə bütün
Avalona bir olur bu xəmir və bu yolda üç qadını macəralı günlər gözləyir...
Kitabın əvvəlləri
çox axıcı gəlmişdi oxuyarkən gözümü ayıra bilmirdim. Lakin ortalarda artıq
maraqsızlaşmışdı. Çünki yenilik yox idi. Sonlara yaxın yazıçı necə deyərlər “patlatıyo”
və siz heyran qalırsız əsərə. 10 ballıq sistemlə 7 bal ilə qiymətləndirərdim
kitabı.
P.S məhz bu çörəyin cürbəcür reseptləri var kitabda. Bir yoxlayım görüm mətbəxdə necəyəm :D
Darien Gee bir çox məşhur əsərlərin
müəllifidir. Onun kitabları 14 dilə tərcümə olunmuşdur. Wellesley kollecini bitirdikdən sonra Rice universitetində, siyasi elmlər
fakultəsində oxumuşdur.
Kitabı
türklərin səhifəsində görmüşdüm. Çox tərifləyirdilər. Sağ olsun bir dostum
Türkiyədən doğum günümə hədiyyə olaraq göndərdi və oxudum.
Hadisələr
əsas 3 xarakter ətrafında dönür. Julia, Hannah, Madeline.
Hər şey
Avalon sakini Julia Evartsın qızı Gracie ilə evə gələrkən qapının ağzına
qoyulmuş çörəyi görməsi ilə başlayır. Çörəyin üzərində bir not olur “Ümid edirəm,
bəyənərsiz” və təbii ki, necə bişirmək lazım olduğu da
yazılır həmin notda.
Hannah de Brisay isə Avalona yeni köçmüşdür. Təklif yoldaşının, Philippe’nin təklifi olur. Evi dəyişdikdən sonra isə hər şeyin əslində onun xəyal etdiyi və zənn etdiyi kimi olmadığını və həyat yoldaşının ona böyük oyun oynadığını anlayır...
Madeline Davis, “Madeline Çay Salonu”nun sahibidir. Avalona həyatında yeniliklər yaratmaq üçün gəlmiş və kafe açmaq qərarına gəlmişdir. Bu üç qadının həyatları da məhz bu kafedə birləşir.
Julia 10 gün ərzində xəmiri bişirir, qızı Gracie’nin xəmiri məktəbə aparması ilə bütün Avalona bir olur bu xəmir və bu yolda üç qadını macəralı günlər gözləyir...
Kitabın əvvəlləri çox axıcı gəlmişdi oxuyarkən gözümü ayıra bilmirdim. Lakin ortalarda artıq maraqsızlaşmışdı. Çünki yenilik yox idi. Sonlara yaxın yazıçı necə deyərlər “patlatıyo” və siz heyran qalırsız əsərə. 10 ballıq sistemlə 7 bal ilə qiymətləndirərdim kitabı.
P.S məhz bu çörəyin cürbəcür reseptləri var kitabda. Bir yoxlayım görüm mətbəxdə necəyəm :D