Kitab, universitet illərindən bəri tanış olan Emma ilə Dexter in 20 yaşlarının başından 40 yaşlarına qədər olan həyat hekayələrindən bəhs edir. 20 yaşında aldığın qərarlarla həyat səni bir yerlərə aparır. Bəzən çox cansıxıcı yerlərə bəzən də çox xoş. Çox vaxt hansı qərarın səni hara aparacağını belə bilə bilmirsən...
Kitabın hər hissəsində yeni bir ilin 15 iyul unda Emma ilə DEXTERin həyatlarından bölmələr oxuyuruq. 1988 dən başlayıb 2007 ə qədər sürən təxminən 20 illik həyat yolunda yaşadıqları əlaqələri, ayrılıqları, yanlızlıqları, xəyanətləri, iş həyatlarını oxuyuruq.
Emma, bir çoxumuz kimi arzularını reallaşdırmağa çalışan, dünyada baş verən müharibələri, yoxsulluğu ictimai problemləri özünə dərd edən biridir. Ürəyinə düşən eşq qığılcımı üzündən Dex den başqa heç kim ilə xoşbəxt, uzun müddətli bir münasibət qura bilmir. Eşqin qaranlıq üzünü, lənətini burada da görmək mümkündür. Eşqin lənəti; Ürəyində o varkən başqa heç kimsəni sevə bilmirsən, aşiq ola bilmirsən :D
Dexter isə öz fərdi həzzi və əyləncəsi xaricində hər bir şeyi əhəmiyyətsiz hesab edən biridir.
Eşqdən, sevgidən uzaq yalnız əyləncə məqsədli 3 ayda bir sevgili dəyişir. Uzun müddət siqaret spirt və narkotikdən istifadə edir. Davamlı getdiyi yerlər barlar və əyləncə məkanlarıdır. Kapitalist bir dünyagörüşünə sahibdir. Onun gözündə dəbdəbəli, komfortlu evlərdə yaşayanlar, bahalı avtomobillərə sahib olanlar qazananlar, itirənlər isə bu şəkildə yaşamasını bacara bilməyən bacarıqsızlardır. Bir sözlə, roman iki tam fərqli insanın həyatından bəhs edir. Bestseller olmasına, oxuyucular tərəfindən çox bəyənilməsinə baxmayaraq mənim üçün sadəcə VAXT İTKİSİ oldu.
Hiç yorum yok:
Yorum Gönder