Elif
Şafak, 1971-ci ildə Strasburqda dünyaya gəlib. 1997-ci ildən bəri roman yazmaqdadır və geniş oxucu
kütləsinə malikdir. 2009-cu ildə yayımlanan ilk “Aşk” adlı əsəri, Türkiyədə çox
qısa bir müddətdə ən çox satan kitablar siyahısına daxil olmağı bacarmış və
kitabları otuzdan çox dilə tərcümə olunmuşdur.
Doğumundan
qısa bir müddət sonra ailəsi ayrılmış və anası tərəfindən böyüdülmüşdür. Soyad
olaraq da anasının, Şafak Ataymanın adını götürüb. Ankara Atatürk Anadolu məktəbini
bitirdikdən sonra ODTÜ universitetində beynəlxalq əlaqələr fakultəsində oxuyub.
Yazar
ilə tanışlığım elə məhz “İskender” kitabı ilə oldu. Sadəcə möhtəşəm əsərdir. Elif
Şafak’ın hələlik bir əsərini oxuduğuma baxmayaraq yazıçı, elə bu romanla ən
sevdiyim yazarlar və kitablar siyahısına daxil olmağı bacardı. Yazarın qələminə
vuruldum. Əsər deyir yemə, içmə məni dəfələrlə oxu J)
Roman,
Toprak ailəsinin başına gələn faciədən bəhs edir. Bir nəsildən danışılır.
Hər
şey, Adəm adında, riskə getməkdən qorxan, hər təhlükədə öz qabığına çəkilən və
tez təsir altına düşən iradəsiz bir adamın Cəmiləyə yəni həyatda kiçik şeylərə
qane olaraq xoşbəxt olan, daim gülümsəyən və böyük məqsədləri olmayan bir kəndli qızına vurulmasından
başlayır. Lakin taleyin acımasızlığı, həyatın suprizləri bu iki aşiqlərin
qovuşmasına imkan vermir. Adəm məcburi Cəmilənin əkizi Pəmbə ilə evlənir və
Londona köçür.
Pəmbə isə Cəmilədən, əkizindən fərqli olaraq həmişə nə isə öyrənməyə
can atan, dünyanı gəzməyi sevən və böyük arzuları olan birisi olur. Bu evlilik sayəsində Adəmlə Pəmbənin
3 övladı olur.Həyatda məğlub olmağı sevməyən, mübarizə aparan, sərt xarakterli
İsgəndər, öz hüquqlarını bilən, hərfləri, kitabları sevən, gələcəkdə məşhur yazıçı olmaq istəyən Əsma. Və kapitalist rejiminə qarşı gələn gənclər
arasında olan, özündən böyük Tobiko
adında bir qıza dəlicəsinə aşiq olmuş Yunus.
Vaxt
keçir, Adəm evə gec-gec gəlməyə başlayır. Onun qumar sevdası və xəyanəti Pəmbəni
işləmək məcburiyyətində qoyur və hər şey elə buradan başlayır...
Vəziyyət
o hala gəlib çatır ki, övlad öz doğma anasını öldürür və həbsxanaya düşür...
Kitab
sizi çoxlu suprizlərlə qarşı-qarşıya qoyacaq. Əsərdə adı çəkilən hər bir şəxsin
faciədə sizin xəbəriniz belə olmadan rolu olur və siz bunları sonda öyrənirsiz.
Roman sizə vaxtında sevdiklərinin yanında olmamağın, düşünmədən, hisslərlə qərar
verməyin, təfərrüatı ilə bilmədən mühakimə etməyin, hisslərə qarşı çıxa bilməməyin
hansı dəhşətlərə və fəlakətlərə gətirib çıxaracağını çox açıq şəkildə göstərəcək.
Əgər qarşınızdakı insan sizə xəyanət edirsə və ya yalan danışırsa bilib-bilmədən mühakimə etməyin, hisslərinizlə qərar verməyin, ətrafdakıların dediklərinə əhəmiyyət verməyin. Qoyun sevdiyinizi qarşınıza və açıq aşkar söhbət edin. Məsələni ətraflı öyrənin. Reaksiya verməyə tələsməyin. Yoxsa sonra çox gec olar...
Kitabdan
seçdiklərim;
~
Batıda insanların kafası karışmış. Mutluluğu özgürlükle, özgürlüğü
ahlaksızlıkla karıştırıyorlar. Oysa biz, analarımıza, karılarımıza, kız
kardeşlerimize saygı gösteririz. Barbie bebekler gibi giyinmeye zorlamayız
onları~
~
Anorexia nervosa diye bir şey duydunuz mu? Kafayı kilolara takmak demek. Bu tür
kadınlar durmadan diyet yapar. Her yediklerini zorla çıkarırlar. Avrupa ve
Amerikada her yıl düzinlerce kadınlar bu yüzden hasta oluyor. Kalplerinin
dayanacak hali kalmıyor yine de kendilerini şişman sanıyorlar. Bu arada
Afrikada el kadar bebelerin açlıktan öldüyünü unutma. Kemirecek bir parça et
bulamıyorlar. Batıdakı kadınlar şık restoranlarda yedikleri pastaları kusarken Üçüncü Dünyada çocuklar açlıktan ölüyor~
~
Yüreğinin derinliklerinde kendini berbat hissetmesi gerektiğinin farkındaydı.
Ama öyle değildi. Aslına bakılırsa hiçbir şey hissetmiyordu. Taşkın nehirde
sürüklenen bir tahta parçası acı duyar mıydı? Ya da rüzgarın uçurup götürdüğü
bir tüy endişe eder miydi? ~
~
Hazmedememişti İskender bu ihaneti. Sevip de kandırmayı. İnsanın canı kadar
sevdiği birini oyuna getirebileceği aklının ucundan dahi geçmemişti. O güne dek
bilmezdi, birine bütün kalbinle muhabbet besleyip yine de onu incitmek
istemenin mümkün olabileceğini.. Sevginin ve aşkın halleri üzerine aldığı ilk
hayat dersiydi bu...~
~
Dediklerine göre kahve aşk gibiydi, ne kadar sabır ve özen gösterirsen tadı o
kadar güzel olurdu. Cemile pek bir şey bilmiyordu bu hususta. Yalnızca bir kez
aşık olmuştu. Dili yanmış, yüreği dağlanmış, bir daha asla kalbini kimseye
açmamıştı ~
~
Hırsızlıktı yaptıkları. Daha beterdi. İnsanların dileklerini çalmak,
cüzdanlarını almaktan daha fenaydı...~
~ Bu
işler böyledir. Çakallara bir şey olmaz. Yalnızca çakalcılık oynayanlar
yakalanır. Bizim gibilerin daha iyi olduğunu iddia etmiyorum. Çakalcılık
oynamak çakal olmaktan beterdir bazen ~
Hiç yorum yok:
Yorum Gönder