8 Eylül 2013 Pazar

David Nicholls "Bir Gün"

Kitab, universitet illərindən bəri tanış olan Emma ilə Dexter in 20  yaşlarının başından 40  yaşlarına qədər olan həyat hekayələrindən bəhs edir. 20 yaşında aldığın qərarlarla  həyat səni bir yerlərə aparır. Bəzən çox cansıxıcı yerlərə bəzən də çox xoş. Çox vaxt hansı qərarın səni hara aparacağını belə bilə bilmirsən...
Kitabın hər hissəsində  yeni bir ilin 15 iyul unda Emma ilə DEXTERin həyatlarından bölmələr oxuyuruq. 1988 dən başlayıb 2007 ə qədər sürən təxminən 20 illik həyat yolunda yaşadıqları əlaqələri, ayrılıqları, yanlızlıqları, xəyanətləri,  iş həyatlarını oxuyuruq.



Emma, ​​bir çoxumuz kimi arzularını reallaşdırmağa çalışan, dünyada baş verən müharibələri, yoxsulluğu ictimai  problemləri özünə dərd edən biridir. Ürəyinə düşən eşq qığılcımı üzündən Dex den başqa heç kim ilə  xoşbəxt, uzun müddətli bir münasibət qura bilmir. Eşqin qaranlıq üzünü, lənətini burada da görmək mümkündür.  Eşqin lənəti; Ürəyində o varkən başqa heç kimsəni sevə bilmirsən, aşiq ola bilmirsən :D

Dexter isə öz fərdi həzzi və əyləncəsi xaricində hər bir şeyi əhəmiyyətsiz hesab edən biridir.
Eşqdən, sevgidən uzaq yalnız əyləncə məqsədli 3 ayda bir sevgili dəyişir. Uzun müddət siqaret spirt və narkotikdən istifadə edir. Davamlı getdiyi yerlər barlar və əyləncə məkanlarıdır. Kapitalist bir dünyagörüşünə sahibdir. Onun gözündə dəbdəbəli, komfortlu evlərdə yaşayanlar, bahalı avtomobillərə sahib olanlar qazananlar, itirənlər isə bu şəkildə yaşamasını bacara bilməyən bacarıqsızlardır. Bir sözlə, roman iki tam fərqli insanın həyatından bəhs edir. Bestseller olmasına, oxuyucular tərəfindən çox bəyənilməsinə baxmayaraq mənim üçün sadəcə VAXT İTKİSİ oldu.

Etel Lilian Voyniç "Qırılmış Dostluq"

   Salamlar, uzun bir fasilədən sonra bloguma qovuşmuşam. Əslində blog yazmamağımın səbəbi kitab oxumamağım deyil tam tərsi, yazmadığım müddətdə nə az nə çox 4 kitab bitirmişəm. Lakin blog yazmağa necə deyərlər həvəs olmayıb. Etel lilian Voyniç ilə tanışlığım  Ovod əsəri ilə olub. Elə o əsərlə yazar, mənim sevimli yazarlar siyahıma daxil olmağı bacarmışdı. Yazar haqqında kiçik məlumat verim, Etel Lilian Voyniç məşhur ingilis yazıçısı və bəstəkarı olub. 1864-cü ildə İrlandiyadanın Kork şəhərində anadan olan bu xanımın əsil-kökü çox məşhurdur.
Atası İngiltərənin məşhur riyaziyyatçı və mütəfəkkiri Corc Bul olub. Dünyada ən hündür zirvə Etelin dayısı Corc Everestin adı ilə bağlıdır.
İlk dəfə ailə həyatını 1890-cı ildə quran Etelin yoldaşı, ədəbiyyatşünas və bibliofil V.M. Voyniç dünyada məşhur olan "Voyniç əlyazmaları"nın kəşfi ilə ad qazanıb (bu əlyazmalar Rocer Bekon adlı keşiş tərəfindən XIII əsrdə yazılıb və indiyə kimi hələ heç kəs bu yazıların şifrəsini aça bilməyib). Etel Lilian Voyniç 1960-cı il 28 iyulda Nyu-Yorkda vəfat edib. Vəsiyyətinə görə nəşi yandırılaraq külü Nyu-Yorkun mərkəzi parkına səpilib. 
Ovodun davamı olan "Qırılmış Dostluq" əsərini "Gəzən kitabxana"dan götürdüm.  Romanda  Ovodun Cənubi Amerikaya səfərindən bəhs edilir. Yenə mənə çox təsir etdi, yazarın qələminə bir daha pərəstiş etdim. Kitab haqqında çox yazmaq istəmirəm əgər siz "Ovod" əsərini oxumusunuzsa vaxt itirmədən "Qırılmış Dostluq" romanını da tapıb oxumalısınız. İnanın mənə peşman olmazsınız ;) 

Kitabdan seçdiklərim;
~ Amma bəzi şeylər uşaqlıqdan adamın ürəyinə batıb qalır, böyüdükdən sonra isə nə qədər çalışsan da onları çıxarda bilmirsən. Əlbəttə, səfehlikdir, amma əldən heç nə gəlmir~

~İndi mən çox adamın xoşuna gəlirəm – sadəcə ona görə ki, özümü təlxəkliyə vurub hamını əyləndirirəm. Bircə dəqiqə özüm kimi olsam, hamı mənim əleyhimə olar.~

~Görünür insan qışda isti geyimə büründüyü kimi bağlılıqlara da bürünür. Sonra isə onlar qızaraq, bədənə işləməyə başlayır və onları tələf etmək lazım gəlir.~

~Əgər nə vaxtsa bir insana rast gəlsən və sənə elə gəlsə ki … o, sənə və başqalarına oxşamır… aramıza gözqamaşdırıcı ulduz kimi gələn nadir insanlardan biri… çalış unutmayasan ki, bu cür insanları tanımaq – xoşbəxtlikdir, sevmək isə təhlükəlidir.~