21 Ağustos 2013 Çarşamba

Debbie Macomber "Bir Yumak Mutluluk"

     Deməli "Küçük muziceler Dükkanı" serisini ikinci kitabı olan "Bir Yumak Mutluluk" kitabını artıq bir həftədən çoxdur ki, oxuyub bitirmişəm. Ancaq vaxt tapıb blog yaza bilmirdim. Sonuncu blogumda Debbie Macomber haqqında məlumat verməmişdim. İstəyirəm bu dəfə qısa məlumat verim. Debbie Macomber 1948-ci ildə Amerikada anadan olub. Kitabları dünya səviyyəsində 140 milyondan çox satan yazar, ən məşhur yazıçıları arasındadır.


Təcrübələrindən və müşahidələrindən yola çıxaraq yaratdığı çətin xarakterlərə həyat vermə qabiliyyətiylə tanınan yazar, ev və ailə həyatı ilə qalıcı dostluqlar üzərinə ürəkaçan, maraqlı və əyləncəli hekayələr yazmaqdadır. Hər kitabıyla dünyada böyük maraq oyadan MACOMBER, eyni zamanda bestseller siyahısının daimi yazarlarından biridir. Macomber'ın əsərləri, satışa çıxdığı ilk həftə ərzində New York Times, USA Today və Publishers Weekly siyahılarında yer tutmağı bacarmışdır.

"Bir Yumak Mutluluk" serinin ikinci kitabıdır. İlk kitabda qəhrəmanların hamısının həyatında möcüzələr baş vermiş və həyatları tam fərqli bir vəziyyətə gəlib çıxmışdı. Bu dəfə isə Lydia Hoffman yeni bir kurs açmaq qərarına gəlir.


Ancaq bu kursda körpə ədyalı  yerinə corab hörməyi öyrədir. Yenə üç  qadın müraciət edir. Bethanne xəyanətə uğramış və özünə inamını tamamilə itirmişdir. Elise pensiya pulunu yeni bir evə qoymuş ancaq şirkət iflas etdiyi üçün çıxılmaz vəziyyətdə qalmış və qızının evinə köçmək məcburiyyətində qalmışdır.  Courtney isə 17 yaşındadır və artıq çəkiləri ilə mübarizə aparır. Anasını 4 il əvvəl itirmişdir. Atası  xaricdə bir körpü inşasına qatılacağı üçün nənəsinin yanında qalması qərarlaşdırılır. Lisey-in son sinifini, yad olduğu bir şəhərdə tanımadığı insanlarla keçirəcəyi üçün çox üzgündür. Bu üç qadının həyatları Lydia'nın qəribə dükanında kəsişir. İlk kitabında olduğu kimi bu dəfə də qəhrəmanların həyatlarında kiçik möcüzələr olur. Xoşbəxt bir son sizi gözləyir.  Kitabın bitməsini heç istəməyəcəyinizə əminəm.





9 Ağustos 2013 Cuma

"Canım ne isterse" kumbarası :D

   Deməli oturub fikirləşirdim ki, qabaqdan ad günüm gəlir "özümə nə hədiyyə edim?" Sonra dedim ki, pul yığmalıyam. (zəif cəhətim :D )


Yaxşı bəs pulu necə yığım? Ağlıma bir dəfə atamın danışdığı bir əhvalat gəldi. Onu bura yazmayım, uzundur)) O əhvalata əsaslanaraq bir bankada pul yığmaq qərarına gəldim və oturdum özümə belə şirin bir "Canım ne isterse" kumbarası hazırladım. Hadi devlete millete hayırlı olsun :D 

P.S bankanın üzərinə nələr istədiyimi və pulu nəyə yığdığımı yazmışam :D 

7 Ağustos 2013 Çarşamba

Debbie Macomber "Küçük Mucizeler Dükkanı"

   İnsan bəzən özü ilə baş-başa qalmaq, hər şeydən qısa müddətlik uzaqlaşmaq istəyir. Kimisi özünü bir otağa bağlayır, kimisi səssizcə xoşbəxtliyi gözləyir, bəzləri isə mənim kimi xoşbəxtliyi kitablarda tapır. Məhz Debbie Macomberin bu serisi, xoşbəxtliyi tapdığım kitablardan oldu.


Deməli seri 5 kitabdan ibarətdir:
> Küçük Muziceler Dükkanı
> Bir Yumak Mutluluk
> Bahçemde Yeşeren Umutlar
>Yeni Başlangıçlar Mevsimi
> Bir dilekle başladı her şey

Seri, daha əvvəl iki dəfə xərçəng xəstəliyinə qalib gələn gənc bir qadının, "Bir Yumak Mutluluk" adında kiçik, şirin bir dükan açması ilə başlayır ..Kitabda gerçək eşqdən,dostluqdan, məhəbbətdən, hər kəsin həyatında baş verən kiçik və böyük çətinliklərdən bir sözlə həyatdan bəhs edilir. Sizin də özünüzü tapacağınız bir seri olacağına və bitməsini istəməyərək fasiləsiz oxuyacağınıza inanıram. Ən yaxşı cəhəti isə xoşbəxt sonluqla bitməsidir))

Serinin ilk kitabı olan '' Küçük Mucizeler Dükkanı"-nı dünən axşam bitirdim.  Kitabın sadəcə üz qabığına baxmaq insana dinclik, müsbət enerji verir.  


İnsanın içində bir istilik hissi oyadır kitab, daha oxumadan kitaba aşiq olacaqsınız) 
Kitabın mövzusu isə 4 qadın ətrafında dönür. Bu qadınlar bir-biriləri ilə bir hörgü dükanı vasitəsi ilə kursda tanış olurlar. İlk kitabı bitirmək tam 2 günümü aldı. Oxuyarkən məni heeç yormadı sizi yoracağını da düşünmürəm, çünki axıcılığına söz ola bilməz : ) 

4 Ağustos 2013 Pazar

"Dönüşüm muhteşem olacak" demiştim :))

  Deməli ən son yazdığım bloga baxıram, 15 gün bundan qabaq yazmışam)) Vaxt necə keçdi heç başa düşmədim. İnana bilmirəm ki, 15 gündür bir kitab belə oxumamışam. İstirahət etdik, gəzdik bəsdir artıq normal həyata dönməyin zamanı gəldi çatdı. Bəs bu 15 gün ərzində nə etdim? Şimali Kiprdə yerləşən Doğu Akdeniz Universitetinə kiçik bir səyahət etdim.



"Necə yer idi?" sualını vesəniz sonsuz sayda gözəl sözlər eşidəcəksiniz. Çünki çox bəyəndim. Huzur dolu, kiçik, şirin, sakit bir şəhərcikdə oxumaq istəyirsinizsə heç tərəddüd etmədən Doğu Akdeniz universitetini seçin.

Hər şey bir yana, məni ən çox sevindirən  orada Azərbaycanlıların həddindən artıq çox olması idi. Öz doğma şəhərimdə görə bilmədiyim səmimi, gülərüz azəriləri gördüm orada. Hətta azərilərin açdığı kiçik, şirin bir kafe də var idi.

Doğu Akdeniz Universitetinin şəhərciyində belə bir kafe açmaq hər adamın işi deyil. Yeməklərdən də danışmayım, ilk dəfə idi ki, anamın yeməklərindən ötrü darıxmırdım.



Sadəcə Azərbaycan mətbəxi deyildi necə deyərlər "sintez" idi. Əminəm ki, Afrikan plovu ilə türk köftəsini birlikdə dadmamısınız)) Bir sözlə dadı damağımda qaldı. Şimali Kiprə nə vaxtsa yolunuz düşsə mütləq bu kafeyə baş çəkin, peşman olmazsınız!

Həmişə olduğu kimi hamı "shopping"-ə gedib paltarlar, ayaqqabılar almaq istəyəndə, mən təbii ki, kitab mağazasına getmək istəyirdim. Hətta təşkilatçıları o qədər bezdirdim ki, bir günümüzü xüsusi olaraq kitab mağazasına həsr etdilər))


Hardasa 1 saat 100 dən artıq kitabların içərisində qurdalanıb ingilis dilində 3 kitab aldım. Aldığım kitablar:

Katie Flynn - A Sixpenny Christmas
Catrin Coller - Hearts of Gold
Karen Joy Fowler - The Sweetheart Season

Tətilə getməmişdən əvvəl isə blog vasitəsilə tanış olduğum blogger Nuriko, yəni Nurəddin mənə imtahanlarından kəsrsiz keçsə kitab hədiyyə edəcəyini söz vermişdi. Sözünün üstündə durdu və mənə poçt vasitəsi ilə F.M. Dostoyevskinin "İnsancıklar" kitabını göndərdi. Ona burdan öz təşəkkürlərimi bildirirəm, sizə isə bol kitablı, xoş istirahətlər arzu edirəm)